Accessibility links

Təbrizdə 53 mədəniyyət məhsulları mağazası bağlanıb


İran polisi ali ruhani lider Seyid Əli Xamneyinin elan etdiyi “ilin mədəni şüarı” istiqamətində Təbriz şəhərində 53 mədəniyyət məhsulları mağazası, o cümlədən kitab evi, dəftərxana ləvazimatı, film və musiqi diskləri dükanlarını bağladığını bildirib.

ISNA xəbər agentliyinin yaydığı məlumata görə, Təbriz polisinin ümumi məkanlara nəzarət şöbəsinin (Əmakin) komandiri mayor Murtəza Qurbani təftiş edilmiş 617 mağazadan 270 mağazaya xəbərdarlıq verildiyi, 53 mağazanın möhürlənərək bağlandığı və 19-nun məhkəməyə çıxarıldığı ilə bağlı jurnalistlərə məlumat verib.

Mayor Qurbani Mədəniyyət məhsulları mağazaları ilə bağlı nəzarət və təftiş əməliyyatının ali ruhani liderin müəyyən etdiyi “ilin mədəni şüarı” istiqamətində tətbiq edildiyini qeyd edib.

ISNA-nın yazdığına görə, Murtəza Qurbani mədəniyyət və həyat tərzinin yayılması və yeni nəsillərə keçməsində önəmli rol oynayan simvollar və rəmzlərə diqqət edilməsinin gərəkli olduğunu vurğulayaraq bu nəzarətlər və təftişlərin əhəmiyyətinə işarə edib.

XS
SM
MD
LG