Accessibility links

“Təbrizim” tamaşa festivalına Türkiyə və Azərbaycan Respublikası da qatılıb


Küçə tamaşası festivalı avqustun 16-a qədər davam edəcək

“Təbrizim” adlı beynəlxalq küçə tamaşası festivalı avqustun 13-də Təbrizin Müsafir parkında fəaliyyətə başlayıb. Festivalda İran Azərbaycanından əlavə, Tehran və Mərivan şəhərləri eləcə də, Türkiyə, Azərbaycan Respublikası və İraq Kürdüstanından bir neçə tamaşa qrupu iştirak edir.

Təbriz bələdiyyəsinin nəşr etdiyi festival proqramının cədvəlində sadəcə Türkiyə və Azərbaycan Respublikası deyil? İran Azərbaycanından olan qrupların da səhnəyə çıxaracağı tamaşaların əksəriyyətinin türk dilində olduğu görünməkdədir.

Təbrizim Küçə Tamaşası Festivalı - 13 avqust 2015

Təbrizim Küçə Tamaşası Festivalı - 13 avqust 2015

İRNA xəbər agentliyi Türkiyədən dörd, Azərbaycan Respublikasından iki və İraq Kürdüstanından bir tamaşanın Təbrizim festivalında nümayiş etdiriləcəyini bildirib.

Türkiyədən rejissor Orhan Kaya məşhur kölgə oyunu Hacivat və Qaragöz, eləcə də Aşıq ilə Məşuq tamaşasını səhnəyə çıxaracaq. Rejissor Murat Yerlikaya isə Köprüdəki Adam adlı tamaşa ilə festivala qatılıb.

Azərbaycan Respublikasından rejissorlar Ceyhun Dadaşov və İmam Həsənov müvafiq olaraq TesseraktArzular Bağı tamaşaları ilə Təbrizə gediblər. “Arzular Bağı”nın müəllifi Pərviz Bəşərdust İran Azərbaycanındandır.

Təbrizim festivalına bir tamaşa qrupu İranın Kürdüstan vilayətinin Mərivan şəhərindən, bir qrup isə İraq Kürdüstanından iştirak edib.

Təbrizim Küçə Tamaşası Festivalı - 13 avqust 2015

Təbrizim Küçə Tamaşası Festivalı - 13 avqust 2015

Getmə əmicana, gəl ağacana (rejissor: Siyamək Əfsayi), Bomba (Mehdi Mustəfəvi), Bekarlıq hekayəti (Ehsan Behtasi), Qızıl (Babək Meynağı) və Çöl (Camal Saqinejad) kimi yerli tamaşalar festivalın müsabiqə bölümündə səhnəyə çıxır.

Təbrizim Festivalının bir bölümü isə Təbriz şəhərinə məxsus “heykəl tamaşalarından” ibarətdir. Festival avqustun 16-da sona çatacaq.

XS
SM
MD
LG