Accessibility links

Təbrizdə türk dilində böyük serial çəkilir


"Təbrizli Tacir"in çəkilişi 10 gün öncə başlayıb
"Təbrizli Tacir"in çəkilişi 10 gün öncə başlayıb

"Təbrizli Tacir" serialı 60 bölümdə təkcə Şərqi Azərbaycan deyil, bütün İranda yayımlanacaq.

Mir Tahir Məzlumi və Haşim Çavuşi kimi məşhur aktyorların rol aldığı komediya janrında Təbrizli Tacir adlı teleserialın çəkilişi təqribən 10 gündür Təbrizdə başlayıb.

İran Radio Televiziya Qurumu tərəfindən nəşr edilən Cam-i Cəm qəzetinin dekabrın 14-də yaydığı məlumata görə, Şərqi Azərbaycan üçün proqram yayan Səhənd TV kanalının sifarişi ilə hazırlanan serialın çəkilişi türk dilində aparılır, ancaq Təbrizli Tacir farsca altyazı ya dublyajla bütün ölkə boyu yayımlancaq.

Təbrizli Tacirin prodüsseri Fərzad Yəhyəvinin sözlərinə görə 60 bölümdə hazırlanacaq serial Təbrizdən Qafqaza gedərkən yardımçısı ilə bərabər Qafqaz dağlarında qar uçqununa düşən bir Təbrizli tacirin hekayəsini anladır:

“Tacir və yardımçısı 70 il Qafqaz dağlarında uçqunun altında qalırlar. Sonra, yerdə sıcaqlığın artması və qarların əriməsi ilə tacir Zeynal və yardımcısı Taymaz Təbrizə qayıdır. Ancaq bunca zamanın keçdiyini bilməyən iki təbrizlini fantastik macəralar gözləyir...”

Çəkilişlərin tamamının Təbrizdə aparılacağı bildirilib. Bakı, Tiflis və hekayənin keçdiyi bəzi digər bölgələr üçün quraşdırılmış səhnələr və özəl effektlərdən istifadə ediləcək.

Prodüserin dediklərinə görə, “serialın iştirakçıları Şərqi Azərbaycan vilayətinin ən istedadlı aktyorları arasından seçilib. Baş rolu oynayan Mir Tahir Məzlumi bu vilayətdən deyil, ancaq türkcəni yaxşı bilir.”

Teleserialın rejissoru Afşin Əlizadədir. Əsas rollarda Mir Tahir Məzlumi, Haşim Çavuşi, Həmidə Müqəddəszadə, Nasir Haşimi və Babək Nəhreyn kimi təcrübəli sənətçilər çəkilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG