Accessibility links

Təbrizli fəalların kütləvi şəkildə bir gündə mühakimə olunmasına rəaksiyalar davam edir

  • Insafəli Hidayət

Təbrizli fəalların kütləvi şəkildə bir gündə mühakimə olunmasına rəaksiyalar davam edir

Təbrizli fəalların kütləvi şəkildə bir gündə mühakimə olunmasına rəaksiyalar davam edir

Təbrizdə 128 siyasi, mədəni fəal və futbol azarkeşinin bir gündə mühakimə olmalarına rəaksiyalar davam edir. Dekabrın 14-dəki hadisə oxşar başqa bir hadisə sadəcə olaraq bir dəfə islam inqilabının əvvəllərində başvermiş, Ayətullah Şəriətmədarinin çoxlu tərəfdarı bir saat ərzində mühakimə olunub edam edilmişlər. Əlbətdə 128 azərbaycanlının mühakiməsində edam hökmü barədə bir söz deyilməyib və onlar üçün belə bir hökm gözlənilmir.

Xəbərə əsasən bu 128 Təbrizli fəal ya Urmu Gölünün qurumasına olan etiraz numayişlərində və ya Traktorsazi kumandasının (timinin) müsabiqələrindən sonrakı şadlıqlarda və ya etirazlarda tutulublar.

Həmən 128 nəfərin mühakiməsi Çerşənbə günü Dekabrın 14-də (Azər ayinin 22-si), 104 nümrəli Ümumi Məhkəmədə və hakim Kiyanuş Şukuhitazə-nin rəyasətində keçirildi.

Mühakimə olanların çoxluğundan dolayı, hakim hamını məhkəmədə bir yerdə yerləşdirə bilmədiyinə görə onları 30 nərəfərlik qruplar halında mühakimiyə çağırıb. Mühakimə sabah sahat 8:30-da başladı və günortadan sonra 2:30-da başa çatdı.

Həmən 4-5 qurupun mühkəmiyə alınması və oturub durmaları və çıxmaları da nəzərə alınsa, görünür hakim hər müttəhim üçün orta hesapla üç dəqiqə vaxt ayırıb. Bu isə azərbaycanlılar tərəfindən, müttəhimlərin məhkəmə qarşısında lazımı şəkildə özlərini müdafiə edə bilməmələri və ya vəkil vasitəsi ilə müdafiə olunmalarına imkan verilməməsi cəhətindən olduqca ciddi bir məsələ kimi nəzərdə tutulub.

Hakim Kiyanuş Şukuhitazə bu 128 nəfərin hamısına “umumi nizamı pozmaq” ittihamını irəli sürüb. 128 müttəhimin vəkaləti Yusuf bəy Mevlayi və Musa bəy Bərzin Xəlifəli-nin öhdəsindeydi.

Qeyd olur ki, yuxarıda haqqında məlumat verilən hadisə istisna olmaqla bu birincı dəfədir ki, belə bir şəkildə bu sayda azərbaycanlı bir yerdə və eyni ittihamla mühakimə olurlar. Qeyd etmək lazımdır ki, məhkəmə işinə İnqilab Məhkəməsi yox, Umumi Məhkəmənin baxması da yeni bir hadisədir.

XS
SM
MD
LG