Accessibility links

3D - Rəqəmsal texnika nəyə qadirdir? [Video]


Kinosevərlər Supermenin uçmadığını yaxşı bilir. Lakin “Surepmen Qayıdır” filmində başqa illüziya var. Burada uçan şəxs real deyil, bunu virtual aktyor ifa edir. Bu rəqəmsal texnikanı yaratmaqda məqsəd real aktyoru işıqlı səhnə adlanan qurğunun içərisinə yerləşdirməkdir. Burada kompyuter işıq vasitəsilə insanın üzünün cizgilərini işıqlandırır.

Pol Debeviç Cənubi Karolina Universitetinin Texnologiyaların İnkişafı İnstitutunda işləyir. “Biz kompyuterin xüsusi ilüminasiyasından istifadə edir və rəqəmsal foto-aparatlarla yeddi tərəfdən müxtəlif şəkillər çəkirik.”

Onun başçılıq etdiyi işçi heyət kompyuterlər vasitəsi ilə real olmayan insanları, əşyaları və digər cismləri real göstərir, canlandırır. Debeviç işıqlı səhnələrin rəqəmsal aktyorların meydana çıxmasına imkan yaratdığını deyir.

"Avatar" filmində olduğu kimi, yad planetdən gələn mavi məxluqlar. Belə görünür
ki, bu yaxınlarda real dünya bu institutda olan texnologiyalardan istifadə edəcək.

Məsələn, 3-D sistemi vasitəsi ilə telekonfransda iştirakçının üç dimensional görüntüsü yaradıla bilər ki, yığıncaq otağında hər kəs 3-D eynəklərindən istifadə etmədən bu görüntünü seyr edə bilərlər. Pol Debeviç: “Həmin adam otaqda olmayaraq hər kəsə baxa bilər və hər dəfə o kiməsə baxanda otaqdakılar onun kimə baxdığını görə bilərlər. Bu da ki, insan kommunikasiyasının fundamental hissəsidir.”

Debeviç biznes dünyasının yaxın 5 ildə 3-D texnologiyasından istifadə edəcəyinə inanır. Lakin ictimayiiət gələcək nəslin bu texnologiyadan istifadə etdiyini daha tez görəcək.

Bu institut özünün işıq effektlərindən və interaktiv 3-D texnologiyasından istifadə edərək, Şoa Fondu və Cənubi Karolina Universiteti üçün Holokostdan sağ çıxanların söhbətlərini nümayiş etdirən videolar hazırlayıb. Bu 3-D imicləri xüsusi ekranlarda sinif otaqlarında və muzeylərdə nümayiş etdiriləcək. Bu videolar elə proqramlaşdırılıb ki, hər tələbə və ya tamaşaçının Holokost barədə sualı cavablandırılacaq. Kim Simon Şoa fondunda icraçı direktordur .“Bu suallar din barədə, sevgi barərə, inam və ya hər-hansısa şəxs barədə ola bilər.”

Kim Simon bunun hal-hazırda belə texnologiyalarla rahat olan yeniyetmələr üçün də maraqlı olacağını deyir. Çox sayda məlumatla yanaşı, insanın üzünü görmək, eyni zamanda onun səsini eşitmək, onunla təmasda olmaq olar.

Bu texnologiya vasitəsi ilə Holokostdan sağ çıxanlarla tələbələr arasında ünsiyyət bir il sonra mümkün olacaq. 10 ildən sonra isə 3-D video-oyunları yəqin ki, xüsusi eynəklər istifadə edilmədən oynanılacaq.
XS
SM
MD
LG