Accessibility links

Nyu-York meri Bill de Blasio bu gün jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Manhattan bölgəsinin Çelsi məhəlləsindəki partlayışda 29 adam yaralanıb, ölən yoxdur..

Rəsmilərin dediyinə görə, sentyabrın 17-də axşam baş verən partlayışın səbəbi partlayıcı qurğu olub.

De Blasio isə bildirib ki, partlayış təsadüfən olmayıb, bilərəkdən törədilib.

İlkin məlumatlarda sentyabrın 17-si axşam saatlarında Nyu-York şəhərinin Manhattan bölgəsinin Çelsi məhəlləsində bomba partlayışı nəticəsində 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilmişdi.

Partlayışın baş verdiyi ərazidə avtobus və metronun fəaliyyəti tam dayandırılıb və şahidlər çoxsaylı insanın hadisə yerindən qaçmağa çalışdığını gördüyünü bildirir. Bundan başqa televiziyalar vasitəsilə avtomobillərin Manhattandakı Qərb 23-cü küçə ilə 6-cı küçənin kəsişməsində keçməməsi xahiş edilib.

Qərb 23-cü küçəyə çoxsaylı yanğınsöndürən və polis cəlb edilib. Rəsmilər partlayışın mənbəyinə dair ətraflı məlumat açıqlamayıb. Ancaq bəzi məlumatlarda partlayışın böyük bir yaşayış kompleksinin qarşısındakı zibil konteynerinin içərisində baş verdiyi bildirilir.

Hadisə yerində olan Amerikanın Səsinin əməkdaşı partlayış zamanı 1 partlayış səsi eşitdiyini bildirib. O, bu səsin atəş səsindən qat-qat güclü olduğunu vurğulayıb. Şahidlərin sözlərinə görə, partlayış nəticəsində yaxınlıqdakı binaların şüşələri də qırılıb.

Təcili Tibbi Yardım maşınlarının xəstəxanaya çatdırdğı yaralıların heç birinin həyati təhlükəsi yoxdur.

Hadisə yerində olan Amerikanın Səsinin əməkdaşı partlayış zamanı 1 partlayış səsi eşitdiyini bildirib. O, bu səsin atəş səsindən qat-qat güclü olduğunu vurğulayıb. Şahidlərin sözlərinə görə, partlayış nəticəsində yaxınlıqdakı binaların şüşələri də qırılıb.

Polis partlayışın səbəblərinə dair dəlillər tapmaq üçün ərazidəki avtomobilləri axtarmaqla yanaşı, vertolyotlarla da axtarış tədbirləri həyata keçirir.

XS
SM
MD
LG