Accessibility links

Təcili tibbi yardım üçün istifadə olunan dronlar [Video]


Təcili tibbi yardım üçün istifadə olunan dronlar
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Böyük fəlakətlərdən sonra aparılan xilasetmə işləri kimi fövqəladə hallarda pilotsuz təyyarələr, yəni dronlardan getdikcə daha çox istifadə olunur. Lakin Birləşmiş Ştatlar kimi təyyarələrin çox olduğu hava məkanlarında təhlükəsizliklə bağlı narahatlıqlar Federal Aviasiya Administrasiyasını (FAA) dronlardan istifadəni məhdudlaşdırmağa vadar edib. Merilend Universitetinin tədqiqatçıları isə ümid edir ki, bu qaydalar təcili tibbi yardım göstərən dronlar üçün yüngülləşdiriləcək.

Bu yaxınlarda Çesapik Körfəzi üzərində uçan batareya ilə işləyən dron təcili tibbi ləvazimatlar çatdırıb. Maşınla bu, 2 saat yarım çəkərdi. Amma dron bu yolu 20 dəqiqədə qət edib.

Bizim diqqət verdiyimiz bir məsələ də orqan çatdırılmasıdır. Hazırda orqanlar 24/7 insan tərəfindən müşayiət olunmalıdır. Dronlarla bunu etmək mümkün deyil. Biz isə bunu və soyutma sisemini necə adlaya bilərik deyə düşünürük
Met Sassero

“Hər kəs, xəstəxana, biz, Federal Aviasiya Administrasiyası, ştat, hər kəs məmnun idi. İndi biz daha çox işlər görə bilərik”, Merilend Universitetindən Met Sassero bildirir.

Bu, Merilend Universitetinin tədqiqatçıları tərəfindən aparılmış bir sınaq olub. Amma zəlzələ və ya daşqın kimi əsl fövqəladə vəziyyət nəticəsində xəsarət alan insanın həyatının onlarca kilometr uzaqlıqda olan dərmandan asılı olduğu bir mənzərəni də nəzərə almaq lazımdır.

Tədqiqatçılar deyir ki, bu məsələnin ən yaxşı həll yolu dronlardır. Amma bunun qarşısında da bəzi normativ maneələr durur.

“Qaydalara əsasən dronları gözdən uzaq məsafələrə uçurmaq olmur. Amma əslində onlar gözdən uzaq, uzun məsafələr uçanda daha effektli olur”, Sasserod deyir.

Dronlar və təyyarələrin toqquşması kimi bir neçə insidentdən sonra Federal Aviasiya Administrasiyası dronun hər zaman onu idarə edən şəxsin gözünün önündə olmalı olduğuna dair qayda tətbiq edib. Dronlarla bağlı bu və bir sıra digər qaydalar onların uça biləcəkləri məsafəni məhdudlaşdırıb.

Çesapik Körfəzində aparılan tibbi ləvazimatların çatdırılma sınağında, dronun arxası ilə helikopter uçmalı olub.

Təcili tibbi yardım dronu
Təcili tibbi yardım dronu

Qaydaların yüngülləşdirilməsini gözləməyə davam edərkən, tədqiqatçılar dronlardan istifadəni genişləndirməyin yollarını araşdırırlar.

Met Sassero: “Bizim diqqət verdiyimiz bir məsələ də orqan çatdırılmasıdır. Hazırda orqanlar 24/7 insan tərəfindən müşayiət olunmalıdır. Dronlarla bunu etmək mümkün deyil. Biz isə bunu və soyutma sisemini necə adlaya bilərik deyə düşünürük.”

Bu məqsədlə tədqiqatçılar bir neçə rotoru və ya benzinlə işləyən mühərriyi olan, daha ağır yük daşıya və daha böyük məsafə qət edə biləcək daha böyük dronları sınaqdan keçirirlər. Onlar qanunlar dronlardan daha geniş istifadəyə icazə verdiyində bu cür dronların artıq hazır olmasını istəyirlər.

XS
SM
MD
LG