Accessibility links

Vaşınqtonda hökumətin bağlanmasına etiraz aksiyaları keçirilir


ABŞ hökumətinin qismən bağlanması yüz minlərlə federal işçinin evdə qalması, bəzi hökumət idarələrinin məhdud iş rejiminə keçməsi və ya tamamilə bağlanmasına səbəb olub.

Hökumətin bağlanması etiraz aksiyaları və qanunvericilərin tənqid edilməsi ilə nəticələnib. Etirazçılar hökuməti büdcə mübahisəsinə son qoymağa çağırıb.

Hökumətin bağlanmasının üçüncü həftə davam etdiyi bir vaxt amerikalılar ev kreditləri və gəlir vergisinin mənfəətlərinin gecikdirilməsi ilə üzləşə bilər.

Hökumətin bağlanması ilə bağlı narazılıq böyük və kiçik şəhərlərdə etiraz aksiyalarına səbəb olub. Vaşınqton şəhərində yüzlərlə insan milli xiyabanda neçə gündür ziyarətçilər üçün bağlanmış monumentlər və abidələrin qarşısında qoyulmuş sədləri söküb. Onlar Ağ Evin qarşısında etiraz aksiyası zamanı üzərində ABŞ prezidentinin ünvanına tənqidi sözlər yazılmış plakatlar nümayiş etdirib.

Əlverişli Səhiyyə Suğortası barədə qanunvericiliyə dəyişiklik edilmədən hökumət büdcəsinə dair razılığa gəlməkdən imtina edənı respublikaçı liderlərdən biri, konqresmen Ted Kruz İkinci Dünya Müharibəsi veteranlarının xatirəsinə ucaldılmış abidə önündə kütlə qarşısında çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG