Accessibility links

Dünya ətrafında tək səyahət edən amerikalı yeniyetmə sağ-salamatdır


Abi Sanderland dünya ətrafında dayanmadan səyahət etmiş ən gənc dənizçi adını qazanmaq üçün yanvar ayında Los Anjeles şəhərindən səyahətə başlayıb

Təkbaşına dünya səyahətinə çıxan amerikalı yeniyetmə qız Hind okeanında itkin düşdükdən sonra sağ-salamat tapılıb.

16 yaşlı Abi Sanderlandın ailəsi bildirib ki, Avstraliyanın axtarış təyyarəsi onun qayığını suyun səthində aşkar edib. Qayığın doru belə görünür, sınmış olub.

Xilas qrupunun üzvləri Abi ilə radio vasitəsilə əlaqə yaradıblar. Kaliforniyalı yeniyetmə qızla əlaqə cümə axşamı günü səhərdən kəsilmişdi. Rabitə kəsildiyi zaman qızın olduğu qayıq böyük dalğalara rast gəlib.

Qardaşı Zək rabitə itdikdən sonra iki həyəcan siqnalı göndərib. Avstraliyanın dəniz xidməti bildirib ki, Fransanın balıqçı gəmisi şənbə günü amerikalı qızın olduğu yerə çatacaq.

Abi Sanderland dünya ətrafında dayanmadan səyahət etmiş ən gənc dənizçi adını qazanmaq üçün yanvar ayında Los Anjeles şəhərindən səyahətə başlayıb.

Təcrübəli dənizçilər deyir ki, Sanderland səyahətə yanvar ayında başlamamaı idi, çünki o, Hind okeanında olduğu zaman cənub yarımkürəsində qış mövsümü başlayır.

Onun valideynləri də qızlarına səyahət etməyə icazə verdikləri üçün tənqid edilirlər.

Abinin qardaşı Zək özü keçən il 17 yaşında olarkən dünya ətrafında səyahət etmişdi.

XS
SM
MD
LG