Accessibility links

Təhlil: ABŞ-da silahlara nəzarət və terrorizm [Video]


Orlandoda gecə klubuna hücumdan 2 həftə keçirş Cəmiyyətin silah qanunlarınıın məhdudlaşdırılması çağırışlarına baxmayaraq, Konqresdə vəziyyət dalana dirənib.

"Üzvlərinizi bura çağırın. Respublikaçıları çağırın" - demokrat konqresmenlərdən biri deyir.

Silah qanununa dair bir addım atılmamasında qəzəblənən demokratlar Kapitolidə nadir mübarizəyə səbəb olub. Belə ki, onlar yay buraxılışından öncə Konqresdə 26 saat oturaq aksiya keçiriblər. Prosesi canlı göstərmək üçün Facebook və Periscope hesablarından istifadə edib.

"Amerika, bu mübarizəni udmağa kömək edə bilərsən."

Ancaq ictimaiyyət hətta qanlı Orlando hücumundan sonra da bu çağırışa birmənalı yanaşmır. CNN-nin keçirdiyi sorğu göstərir ki, respondentlərin cəmi 55 faizi silah qanununun sərtləşdirilməsi tərəfdarıdır. CBS-in sorğusu isə insanların 57 faizinin Orlando hücumda da istifadə edilən hücum silahlarına qadağanı dəstəklədiyini göstərir. Çoxları burada silah istehsalçıları lobbisini günahkar bilir.

Nyu-York sakini: "Milli Silah Assosiasiyası bu ölkəni idarə etmir, ölkəni geri almalıyıq. "

Bəziləri deyir ki, Orlando terror hücumunun əks effekti olub və insanları addım atmağa qorxudub.

"Xeyli adam düşünür ki, özümü müdafiə etmək üçün silah əldə etmək hüququm olmalıdır, çünki terror baş verən zaman polis yaxınlıqda olmaya bilər" - deyə Corc Vaşinqtonda Universitetindən Robert Kottrol bildirir.

Konqres ölkə boyu addım ata bilmədiyi üçün, İndiana kimi bəzi ştatlar öz qanunlarını qəbul edirlər.

İndiana ştatında demokrat Ed DeLani: "Vaşinqtonun nəsə edəcəyinə heç bir ümid yoxdur. Ali Məhkəmə aydın edib ki, biz avtomat silahları qadağan edə bilərik və biz də bunu etməliyik".

Orlando hücumu silah əleyhdarları üçün yeni məqam gətirib: FBI-ın qara siyahısında olan terror şübhəlilərinə silah satışını qadağan etmək. Ancaq ekspertlər hesab edir ki, yaxın günlərdə silah daşımaq hüququna dair heç bir ciddi dəyişiklik olacağı gözlənilmir. Pyu Araşdırmalar Mərləzi hər 5 amerikalıdan 2-nin silahı olduğunu bildirir.

Vaşinqtonda Emil Quliyev, Amerikanın Səsi

XS
SM
MD
LG