Accessibility links

Təhlil: İranla nüvə danışıqları İsraili narahat edir [Video]


İran və nüvə proqramı müzakirələrində iştirak edən 6 qüdrətli dövlət danışıqların siyasi rəhbərlər səviyyəsində davam etdirilməsinə dair razılığa gəlib. Tərəflər mart ayının sonunadək struktur razılığın əldə olunmasına çalışır. Vaxt yaxınlaşdıqca İsrail İranla nüvə razılığına etirazını daha çox səsləndirməyə çalışır.

ABŞ və İran Cenevrədə keçirilən danışıqlarda irəliləyiş olduğunu bildirsə də, həll olunası hələ çox məsələ qalır.

Mübahisəli məqamlardan biri İranın uranı zənginləşdirmə səviyyəsi ilə bağlıdır. Tərəflər həmçinin İranın istifadə edəcəyi sentifuqaların sayı barədə razılığa gələ bilmir.

ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, fikir ayrılıqlarını aradan qaldırmaq üçün İrana kreativ seçimlər verilib: “İndi biz İranın proqramın dinc mahiyyət daşıdığını göstərmək istədiyini söyləməsinin doğru olub-olmadığı təsdiqlənmiş addımlarla, qərarlarla müəyyən edəcəyik. Bu, məqsədimizə çatmaq üçün çox vacibdir”.

ABŞ müzakirəçilərin İranın nüvə silahı hazırlamadığını sübut edən təsdiqlənmiş öhdəlik istədiyini deyir.

Ağ Evin sözçüsü bildirir ki, iyun ayının sonunadək tam razılığın əldə olunması imkanları ən yaxşı halda 50 faizdən azdır.

“İran rejimində bəziləri var ki, belə bir öhdəliyi götürməyə meylsizdilər və ona görə də hətta müzakirəçi kimi irəliləyişə nail olsaq da, son razılığın imkanları barədə reallığın nədən ibarət olduğunu unutmuruq” - deyə sözçü Coş Ernest bildirib.

Ağ Ev danışıqları iyun ayından sonra uzatmaq məqsədi olmadığını bildirir.

Nüvə siyasəti təhlilçisi Ceyms Akton deyir ki, tərəflər razılığın olmaması pis razılıqdan daha yaxşıdır: "Pis və ya yaxşı razılığın əldə olunması üçün çoxsaylı fikir ayrılıqları var, ancaq fikrimcə hamı razılaşar ki, prinsipcə pis sazişdənsə razılığın olmaması yaxşıdır”.

Tərəflər növbəti addımları müzakirə etdikləri bir vaxt İsrail razılığa dair tənqidlərini artıraraq bunun regionda sabitliyin pozulmasına xidmət edəcəyini deyir.

“Gələn həftə ABŞ gedib razılığa təsir göstərə biləcək Amerika Konqresinə izad edəcəm ki, bu saziş İsrail, region və bütün dünya üçün təhlükəlidir” - deyə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

O, Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatına istinad edərək vurğulayıb ki, İranda mümkün gizli nüvə fəaliyyətlərinin mövcudluğuna dair narahatlıqlar var.

XS
SM
MD
LG