Accessibility links

Təhlil: Növbəti ABŞ administrasiyasının Əfqanıstan siyasəti nə olacaq?


Barak Obama ilk prezidentlik kampaniyasında, sonradan isə senator kimi demişdi ki, İraqa müdaxilə ilə Əfqanıstan müharibəsi nəzarətdən çıxıb.

"Ona görə də prezident kimi mən Əl-Qaidə və Talibana qarşı mübarizə aparacam, əsas prioritet budur. Bu, qalib gəlməli olduğumuz müharibədir" - deyə Obama bildirmişdi.

8 il sonra 100 min qoşunun Əfqanıstana göndərilməsi və daha sonra 10 minədək endirilməsi ilə bu gün mübaribədə "qələbə"dən çox az söz açan var. Əfqanıstan hökuməti Taliban yaraqlılarına müqavimət göstərməkdə çətinlik çəkir.

Obama Əfqanıstan təhlükəsizlik qüvvələrinə yardım məqsədi ilə 2017-ci il büdcəsində 3.45 milyard dollar maliyyə ayrılmasını istəyib. O, xələfinin eyni maliyyəni 2020-ci ilədək ayırmağa davam etməsini məsləhət görüb.

Obama deyir ki, ABŞ-ın növbəti addımını onun xələfi müəyyən edəcək.

Ancaq prezidentliyə nə Demokrat namizəd Hillari Klinton, nə də Resublikaçı rəqibi Donald Tramp məsələ ilə bağlı planlarını açıqlamayıblar. Əlbəttə, kampaniya çıxışları zamanı müharibənin adının çəkilməsini çıxmaq şərtilə.

Tramp və Klintonun Əfqanıstan siyasəti

Amerika əsgərlərinin böyük bir qisminin Əfqanıstandan geri çağırılmasına baxmayaraq, ABŞ-ın ölkədə ciddi mövcudiyyəti var.

Obama Əfqanıstan təhlükəsizlik qüvvələrinə yardım məqsədi ilə 2017-ci il büdcəsində 3.45 milyard dollar maliyyə ayrılmasını istəyib. O, xələfinin eyni maliyyəni 2020-ci ilədək ayırmağa davam etməsini məsləhət görüb.

Klinton Obamanın yürütdüyü siyasəti dəstəklədiyini, ancaq əgər prezident olacağı təqdirdə kiçicik əlavələr edəcəyini bildirib.

Ötən noyabr ayında İŞİD barədə çıxışı zamanı xanım Klinton təklif etmişdi ki, Əfqanıstan öz təhlükəsizliyinə dair məsuliyyəti daha çox öz üzərinə götürməlidir.

"Əgər son 15 ildə İraq və Əfqanıstan müharibələrindən nəsə öyrənmişiksə, bu, yerli insanların və xalqların öz təhlükəsizlik öhdəliklərini öz üzərilərinə götürmələridir. Biz onlara kömək edə bilərik və edəcəyik, ancaq biz onları əvəzləyə bilmərik" - deyə Klinton bildirmişdi.

Ancaq ümumilikdə götürəndə Klintonun kampaniya veb səhifəsində onun Əfqanıstan planları barədə heç nə qeyd edilməyib.

Donald Trampın isə Əfqanıstan barədə düşüncələri daja birbaşa olub, bir zamanlar o hətta qoşunların ölkədən tam çıxarılmasına da çağırıb.

2013-cü ilin yanvarında o, Twitter-də "ABŞ Əfqanıstanı dərhal tərk etməlidir" mesajı yazıb.

Ötən ilin oktyabrında Tramo CNN-ə bildirib ki, Əfqanıstana müdaxilə yanlış olub və o, qorxur ki, ABŞ orada ilişib qalsın.

"Bir anlıq düşündüm ki, onlar arada 200 il qalacaqlar?" - deyə Tramp sual edib: "İlk öncə bizim o ölkəyə müdaxiləmiz ciddi səhv idi. Bizim ağıllı düşünənlərimiz var idi ki, nə cəhənnəm baş verəcəyini bilmirdilər. Hər şey bir-birinə qarışıb".

Əfqanıstan ABŞ-ın diqqəyi olmadan daha yaxşıdırmı?

Son illər respublikaçılar Obamanı qoşunların böyük bir hissəsini ölkədə çıxarmaq qərarı da daxil olmaqla Əfqanıstan siyasətin sərt tənqid edirlər. Onlar deyir ki, qoşunların çıxarılması Talibana Vaşinqtonun müharibə öhdəliyinin olmaması mesajı verib.

Ancaq Brukinqs İnstitutunda xarici siyasət üzrə araşdırmalar direktoru Maykl Ohanlon Amerikanın Səsinə bildirib ki, hətta Obamanın siyasətinin tənqidçiləri də, o qədər də fərqli alternativ təklif etmirlər.

"Hətta Əfqanıstandakı müharibənin 15-ci ilə çatmasından təəssüf hissi keçirənlər də, qoşunların tam çıxarılması, yoxsa yenidən geri qaytarılmasına dair əmin deyillər" - deyə Ohanlon bildirir.

Onun sözlərinə görə, seçki kampaniyasi mövsümündə müharibə barədə söhbətlərin az olması elədə pis işarə deyil.

XS
SM
MD
LG