Accessibility links

ABŞ-da fəaliyyət göstərən insan haqları qrupu Türkiyə hökümətinin sosial mediaya göstərdiyi təzyiqlə bağlı narahatlığını bildirib. Human Rights Watch (HRW) illik hesabatında Türkiyədə höküməti tənqid edən Twitter istifadəçilərinin təhdidlər və həbslə üzləşdiklərini bildirilib. Professor Həsən Hərəkan Türkiyə prezidentinin şərəfinə tarixi libas geyinən keşikçiləri məsxərəyə qoyduğuna görə, hücumlara, özü və ailəsi ölüm hədələrinə məruz qalıb.

AKP-nin özünün santajçı qoşunu olduğu deyilir. Bəzi araşdırmalar onların hökümətlə əlaqələri olduğunu göstərir

Nəticədə Professor Hərəkan universitetdəki nüfuzlu işindən istefa verib. Hücumların miqyası bunun arxasında AKP-nin olduğuna dair ittihamlar yaradıb, lakin AKP bu ittihamları rədd edir. İstanbul Bilgi Universitetinin professoru, kiber azadlıq üzrə ekspert Yaman Akdeniz hökümətin şantajçı qoşunu olduğuna dair şübhələrin artdığını deyir.

“AKP-nin özünün şantajçı qoşunu olduğu deyilir. Bəzi araşdırmalar onların hökümətlə əlaqələri olduğunu göstərir," deyə Yaman Akdeniz bildirir.

Lakin twitter istifadəçiləri sadəcə şantajçıların qəzəbinə uğramırlar.

Tanınmış televiziya aparıcısı Sədəf Kadaş dövlət səviyyəsində rüşvətlə bağlı istintaqı başa çatdıran hakim və prokurorların şəkillərini "bu insanları unutmayın” mesajı ilə Twitter-də paylaşıb. Cavab olaraq səhər onun evinə polis işçiləri gələrək evində axtarış aparıblar, telefonunu və kompyuterini müsadirə ediblər. Sedef xanımın özünü isə prokuroluğa aparıblar və onu “terrorizmə qarşı mübarizə aparan insanları hədəf almaqda” ittiham ediblər.

Human Rights Watch illik hesabatında Türkiyəni sosial media istifadəçilərinə qarşı təzyiqə görə tənqid edib. HRW-nın Türkiyə üzrə baş tədqiqatçısı Emma Sinkler Vebb bildirir ki, sosial media rüşvətxorluq ittihamlarını canlı tutur. Kadaş kimi insanların ittiham olunması isə hökümətin debatların qarşısını almaq kampaniyasının bir hissəsidir.

Ötən il hökümət internetə oxşar nəzarət tətbiq etdiyi zaman Tükiyədə hökümətə qarşı etiraz aksiyaları keçirildi. Nəticədə qanun Konstitusiya məhkəməsi tərəfindən ləğv olundu. Lakin qarşıdan prezident seçkiləri gəldiyi üçün müşahidəçilər hökümətin qanunu səsvermədən sonra ləğv edəcəyini gözləyirlər, çünki bu yolla hakim partiya seçkiqabağı müxalifəti susdura biləcək.

XS
SM
MD
LG