Accessibility links

Təhlil: Türkiyənin kürd problemini gərginləşdirən amillər


Türkiyənin uzun illərdir davam edən kürd azlığın haqlarına dair münaqişəsi yenidən intensivləşməkdədir. Türkiyə dövləti ilə döyüşən kürd üsyançı qrupu olan PKK bu ay hücumlarının sayını artıraraq bir neçə bomba hücumu həyata keçirib. Ölkədə isə leqal kürd hərəkatı artan hüquqi basqılarla üzləşməkdədir.

Avqust ayında PKK xüsusilə ölkənin kürdlərin üstünlük təşkil etdiyi cənub-şərq bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı hücumlar həyata keçirərək onlarla insanın ölümünə və ya yaralanmasına səbəb olub.

Türkiyə silahlı qüvvələri ötən ay iflasa uğrayan hərbi çevriliş cəhdindən sonra bir qədər həssas görünür.

Bununla yanaşı ölkənin qanuni kürd hərəkatının Türkiyə siyasətindəki fəaliyyəti dondurulub. Prezident Rəcəb Tayyip Ərdoğan tərəfdarları hərəkatı terrorçu təşkilat adlandırır.

Çevriliş cəhdindən dərhal sonra mühafizəkar millətçilər, islamçılar və dünyəvi millətçilər arasında koalisiya quruldu. İnanmıram ki, artıq Türkiyədə yeni dövlət anlayışında və yeni dövlətin qurulmasında kürdlərə hər hansı yer olsun. PKK isə xüsusilə müharibənin alovlandırılması ilə bu yanaşmanın məhkəmlənməsinə kömək edir

Ancaq İstanbulun Kadir Has Universitetindən beynəlxalq münasibətlər üzrə təhlilçi Solu Özel deyir ki, iyulda qarşısı alınmış hərbi çevriliş cəhdindən sonra PKK-nın hücumları ölkədə yalnız millətçiliyin artmasına xidmət edəcək: “Çevriliş cəhdindən dərhal sonra mühafizəkar millətçilər, islamçılar və dünyəvi millətçilər arasında koalisiya quruldu. İnanmıram ki, artıq Türkiyədə yeni dövlət anlayışında və yeni dövlətin qurulmasında kürdlərə hər hansı yer olsun. PKK isə xüsusilə müharibənin alovlandırılması ilə bu yanaşmanın məhkəmlənməsinə kömək edir”.

Bu ay Türkiyənin əsas kürdpərəst qəzeti Ozgur Gundem-in fəaliyyəti terrorçuların təbliği ittihamı ilə məhkəmə tərəfindən müvəqqəti dayandırılmışdı. Parlamentdə təmsil olunan üçüncü böyük partiya olan kürdpərəst HDP-yə təzyiqlər də artmaqdadır.

Həbs təhlükəsi ilə üzləşən HDP sədrinin müavini Ertoğrul Kürkcü deyir ki, basqılar kürdlər arasında demokratik mübarizənin dayandırılması çağırışlarını artırır: “Ciddi təzyiqlərlə üzləşən HDP demək olar ki, parlamentdən və mediadan təcrid edilib. İnsanlar artıq bu müharibənin sülh yolu ilə həllinə dair ümidsizliklərini ifadə edir. Ona görə də, indi bir çox insan HDP-dən parlamenti tərk edərək onların tərəfinə keçməyə və Türkiyənin təcavüzlərinə qarşı birgə mübarizə aparmağı tələb edir və bu vəziyyət genişlənməkdədir”.

Ciddi təzyiqlərlə üzləşən HDP demək olar ki, parlamentdən və mediadan təcrid edilib. İnsanlar artıq bu müharibənin sülh yolu ilə həllinə dair ümidsizliklərini ifadə edir. Ona görə də, indi bir çox insan HDP-dən parlamenti tərk edərək onların tərəfinə keçməyə və Türkiyənin təcavüzlərinə qarşı birgə mübarizə aparmağı tələb edir və bu vəziyyət genişlənməkdədir.

Kürkçü deyir ki, qütbləşmə əsasən hökumətin nəzarətində olan medianın anti-kürd sentmentlərini gücləndirməsi ilə daha da artıb.

Bu sentiment Türkiyə ordusunun Suriyaya daxil olaraq İŞİD-lə yanaşı, Ankaranın PKK-ya bağlı terrorçu təşkilat kimi tanıdığı YPG-yə qarşı döyüşlərə başlaması ilə güclənməkdədir.

Sabiq Türkiyə diplomatı Aydın Selcen deyir ki, bu müdaxilə Türkiyədə azlıqlararası qarşıdurmalar riskini artırır. Ancaq Selcen Ankaranın özünü sülh prosesinin bərpasına hazırlaya biləcəyini də ehtimal edir: “Ən yaxşı halda Ankara PKK-nın Suriya qolunun qarşısını aldığına və PKK-nı Türkiyədə hərbi cəhətdən xeyli zəiflətdiyinə əmin olandan sonra qış fəslinin gəlməsi ilə, bəlkə İmralı adasında saxlanan Abdulla Öcalanı masa arxasına gətirə və bir növ yeni sülh prosesi və ya atəşkəs prosesi, ya da düşmənçiliyə son qoyulması prosesi bərpa oluna bilər”.

Ankara ilə PKK arasında 3 il davam edən sülh prosesi ötən iyul ayında pozulmuşdu.

XS
SM
MD
LG