Accessibility links

Tehran rəsmisinə İrana qarşı millətçilik hərəkətləri sualı


İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi

“Azərbaycan hökuməti bu kimi hərəkətlərdən uzaq olduğunu bildirərək hesab edir ki, bu, münasibətlərə ziyan vurur”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi Azərbaycanla münasibətlərdən danışıb

İyunun 11-də jurnalistlərlə görüşən İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi Azərbaycanla münasibətlərdən danışıb.

“Media forum” saytının məlumatına görə, sözçü “Azərbaycanda İrana qarşı aparılan millətçilik hərəkətləri” ilə bağlı sualı cavablandıraraq deyib:

“Azərbaycan Respublikasında bəzi Avropa ölkələrinin dəstəyi və millətçi ünsürlərin əli ilə aparılan hərəkətlər barədə rəsmilərdən eşitdiyimiz odur ki, onlar bu kimi hərəkətləri rədd edir. Azərbaycan hökuməti bu kimi hərəkətlərdən uzaq olduğunu bildirərək hesab edir ki, bu, münasibətlərə ziyan vurur. Azərbaycan rəsmilərində belə bir fikir var. Biz də buna inanmaq istəyirik ki, bu ölkə əlaqələrə xələl gətirən addımların qarşısının alınması istiqamətində çalışacaq, sabitliyin pozulmasına imkan verməyəcək”.

Abbas Əraqçi İran Qızıl Aypara Cəmiyyətinin Bakıdakı klinikasının fəaliyyətinin dayandırılmasına da toxunub:

“İranın Azərbaycandakı qurumlarının fəaliyyətinin dayandırılması xüsusunda xəbərlər gəlib çatır. Bunlardan biri İranın Azərbaycanda fəaliyyəti dayandırılan İmdad Komitəsidir (İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatı – red.). Azərbaycan rəsmiləri hesab edirlər ki, ölkə iqtisadi baxımdan inkişaf etdiyinə görə artıq xarici xeyriyyə qurumlarına ehtiyac duyulmur. Bununla belə, biz İmdad Komitəsinin fəaliyyətini bərpa etmək üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparırıq”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG