Accessibility links

Tehranda 58 nəfər həbs edilib


Tehranda reyd
Tehranda reyd

Həbs edilənlər paytaxtın küçələrində əhali qarşısında gəzdirilib. Bədənlərində döymə olanların paltarlarını soyunduraraq əhaliyə nümayiş etdirilib

İranın paytaxtı Tehranda ictimai təhlükəsizliyi təmin etmək məqsədilə polis küçələrdə, parklarda və başqa ictimai yerlərdə doqquzuncu dəfə reydlər keçirib.

APA agentliyinin məlumatına görə, reydlər zamanı oğurluq etməkdə, ədəb və İslam qaydalarını pozmaqda, quldurluqda təqsirləndirilən 58 nəfər həbs edilib.

Tehranda reyd
Tehranda reyd
Tehran Polis İdarəsinin rəisi bildirib ki, indiyədək bu məqsədlə keçirilən reydlər zamanı ümumilikdə 173 nəfər həbs edilib.

“Onlardan yalnız 6 nəfər sərbəst buraxılıb. Bu dəfəki reydlərimiz zamanı polislə saxlanılanlar arasında silahlı qarşıdurmalar da olub. Xoşbəxtlikdən xəsarət alan polis olmayıb. Lakin qarşı tərəfdən yaralananlar var. Onlar xəstəxanaya yerləşdirilib. Saxlanılan 58 nəfərdən çoxunun daha öncə də həbs edildiyi məlum olub”.

Əhaliyə ibrət olması üçün reydlər zamanı həbs edilənlər şəhərlərin mərkəzlərində, ictimai yerlərdə piyada və avtomobillərlə gəzdirilib. Bədənlərində döymə olanların paltarlarını soyunduraraq əhaliyə nümayiş etdiriblər.
XS
SM
MD
LG