Accessibility links

Tehranda Beynəlxalq Kitab Sərgisi


Sərgidə 18-ci əsrdə yazılmış türkcə-farsca Sənglax sözlüyü də satışa qoyulub
Sərgidə 18-ci əsrdə yazılmış türkcə-farsca Sənglax sözlüyü də satışa qoyulub

Beynəlxalq Tehran Kitab Sərgisi tərqibən 2500 daxili və onlar xarici nəşriyyatın iştirakı ilə işə başlayıb. Durna News internet qəzetinə istinadən, Azərbaycan vilayətləri, Tehran və Şirazda fəaliyyət göstərən 9 türkdilli naşir də kitablarını mayın 16-a qədər davam edən sərgidə nümayiş etdirəcəklər.

Təbrizdən Azərbaycan, Yaran, Əxtər, MuğamNəbati, Urmiyədən ButaYaz,​Computer Hope Tehrandan Əndişə-yi Nov və Şirazdan Qaşqay türklərinə məxsus Qaşqayi nəşriyyatı Tehranın 28-ci kitab sərgisinə qatılan türkdilli naşirlərdir.

İran “Kitab” xəbər agentliyinin məlumatına görə, 18-ci əsrdə yaşamış Nadir Şah Əfşar sarayının katib və tarixçisi Mirzə Mehdi Əstərabadinin yazdığı Sənglax adlı türkcə-farsca sözlüyün yeni nəşri (2 min səhifəlik) də sərgidə satışa qoyulub.

İranda keçirilən ən böyük mədəni tədbirlərin biri hesab edilən Beynəlxalq Tehran Kitab Sərgisi mayın 5-də prezident Həsən Ruhaninin giriş nitqi ilə işə başlayıb və mayın 16-a qədər davam edəcək.

İran mediasının yaydığı məlumata görə, sərgi məsulları uzun bir siyahı yayaraq bir çox kitabın nümayişinə qadağa qoyublar. Bu siyahıda əlaqədar dövlət qurumlarının rəsmi icazəsi ilə nəşr edilmiş kitabların da mövcud olduğu bildirilib.

Tehran kitab sərgisinə Azərbaycan Respublikası, Türkiyə, Ermənistan, Gürcüstan, Əfqanıstan, Tacikistan, Çin, Fransa və Livan kimi ölkələr daxil olmaqla 65 xarici ölkədən naşirlər də qatılıb.

XS
SM
MD
LG