Accessibility links

Tehran hücumları ilə əlaqəli 6 nəfər nəzarət altına alınıb


İran rəsmilərinin bildirdiyinə görə, 17 adamın ölümü ilə nəticələnən Tehran hücumları ilə əlaqəli 6 nəfər nəzarət altına alınıb.

Kürdüstan vilayətinin Ədliyyə Departamentinin rəhbəri Əliəkbər Qarusi deyib ki, onların hücumla əlaqəsi artıq təsdiqlənib.

Dünən hücumları təşkil edən şəxsin öldürüldüyü və 7 nəfərin həbs edildiyi bildirilmişdi.

İmam Xomeyni Məqbərəsinə və İran İslam Məclisinə terror hücumu nəticəsində 17 nəfər ölüb, 42 nəfər yaralanıb.

Hücumların məsuliyyətini üzərinə alan İŞİD İranı əlavə hücumlar həyata keçirəcəyi ilə hədələyib.

XS
SM
MD
LG