Accessibility links

Tehranda Suriya müharibəsi müzakirə edilir


Rusiya, İran, və Suriyanın müdafiə nazirləri iyunun 9-da Tehranda Suriya münaqişəsini müzakirə etməlidirlər.

Rusiyanın müdafiə nazirliyinin məlumatına görə, Sergei Shoigu, Hossein Dehghan və Fahd Jassem al-Freij ”İslam Dövləti”qrupu , Əl Nüsrə Cəbhəsi” və “Əl Qaidə” ilə mübarizədə əməkdaşlığın gücləndirilməsini müzakirə etməlidirlər.

Qeyd edək ki, Moskva ilə Tehran Dəməşqin əsas müttəfiqləridirlər, ona hərbi və maliyyə yardımı göstərirlər.

Rusiya ötən ilin sentyabrından Suriyada hərbi kampaniyaya başlayıb və bundan sonra Suriya prezidenti Bashar Assadın vəziyyəti xeyli yaxşılaşıb.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

XS
SM
MD
LG