Accessibility links

Tehran sammitində Azərbaycanı xüsusi tapşırıqlar üzrə səfir təmsil edəcək


Qoşulmama Hərəkatının Tehran sammiti

Qoşulmama Hərəkatının Tehran sammiti

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub. İran tərəfi zirvə görüşündə iştirak üçün prezident İlham Əliyevə dəvət məktubu göndərib

Avqustun 28-29-də Qoşulmama Hərəkatının Tehran zirvə toplantısı çərçivəsində keçirilməsi nəzərdə tutulan xarici işlər nazirlərinin iclasında Azərbaycan nümayəndə heyətinə XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev rəhbərlik edəcək. Bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.
Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub. İran tərəfi zirvə görüşündə iştirak üçün prezident İlham Əliyevə dəvət məktubu göndərib. Ötən həftə isə İranın xarici işlər nazirinin müavini Bakıda Azərbaycan xarici işlər naziri ilə bununla bağlı danışıqlar aparıb.
Son dövrdə İran-Azərbaycan münasibətləri gərgin olaraq alır. Belə ki, İran bu ilin mayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı müxtəlif aspektli qarayaxmalar səsləndirib. Azərbaycan təhlükəsizlik orqanları isə ölkənin müxtəlif regionlarında şəbəkələşmiş və “Eurovision” müsabiqəsi dövründə terror aktları planlaşdıran İranın xüsusi xidmət orqanlarına bağlı mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib. “The Teleqraph” qəzetinin yazdığına görə, İranın ali dini lideri Seyyid Əli Xamneyi İran İnqilab Keşikçiləri Korpusuna Bakıda “Eurovision” zamanı terror aktları törətməklə bağlı şəxsən göstəriş verib.
XS
SM
MD
LG