Accessibility links

İranda ilaxır münasibəti ilə nümayiş cəhdlərinin qarşıdurmalarla nəticələndiyi deyilir


İranda ilaxır münasibəti ilə nümayiş cəhdlərinin qarşıdurmalarla nəticələndiyi deyilir

İranda ilaxır münasibəti ilə nümayiş cəhdlərinin qarşıdurmalarla nəticələndiyi deyilir

Martın 15-də İranın paytaxtı Tehranda və bir sıra digər iri şəhərlərində keçirilən ilaxır çərşənbə mərasimlərinin bəzisində hökumət qüvvələri ilə vətəndaşlar arasında qarşıdurmalar olduğu bildirilib.

“Media forum” saytının məlumatına görə, paytaxtda qarşıdurmalar əsasən Tehranın Rudəki, Naziabad, Müniriyyə, Ekbatan yaşayış məntəqələrində, Gişa, Səadətabad, Şuş, Ətabək, Ceyhun və başqa küçələrində yaranıb. “Allahu əkbər”, “Dikatora ölüm!”, “Mübarək, Bin Əli, sıran çatıb, Seyid Əli!” və “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndirən bəzi vətəndaşlar hökumət qüvvələrinin atdığı gözyaşardıcı qazı zərərsizləşdirmək üçün zibil yeşiklərini və ölkə rəhbərlərinin şəkillərini yandırıblar.

Kirmanşah, İsfahan, Şiraz, Rəşt, Məşhəd, Gürgan şəhərlərində, Xuzistan, Əlbürz və Kürdüstan əyalətlərində də oxşar qarşıdurmalar baş verib.

Xəbərdə bildirilir ki, İran Təcili Tibbi Yardım İdarəsinin rəisi Qulamrza Məsumi martın 16-da jurnalistlərə bildirib ki, ilaxır çərşənbə mərasimlərindəki yanğınlarda və partlayışlarda ümumilikdə 3 nəfər ölüb, 1126 nəfər bədən xəsarəti alıb, 500 nəfər gənc tutulub. Ölənlərin olduğu, yaralanan və tutulanların sayı barədə məlumatlar qərb mənbələri tərəfindən təstiq edilməyib. Amerikanın səsinin xəbər mərkəzinin Yaxın şərq xəbərləri redaksiyası, fars dili şöbəsinin verdiyi məlumata əsasən kiçik miqyasda nümayiş təşəbbüsləri və polis tərəfindən müdaxilələr olduğunu bildirib. Amerikanın səsinin Azərbaycan dili redaksiyası bu gün İrandakı mənbələrdən də bu barədə xəbər ala bilməyib.

XS
SM
MD
LG