Accessibility links

Tehran bu yaxınlarda nüvə proqramına dair danışıqlara hazır olacaq


Tehran bu yaxınlarda nüvə proqramına dair danışıqlara hazır olacaq

Tehran bu yaxınlarda nüvə proqramına dair danışıqlara hazır olacaq

ABŞ və başqa ölkələr İranın nüvə proqramının atom silahı istehsal etmək məqsədi daşıdığını düşünürlər

İranın xarici işlər naziri Manuçehr Mottəki deyib ki, Tehranın mübahisəli nüvə proqramına dair dünya qüdrətləri ilə danışıqlar üçün oktyabrın sonu və ya noyabrın əvvəli münasib vaxtdır. Möttəki vaxt çərçivəsini mətbuat konfransında təklif edib. O deyib ki, İran o vaxta kimi BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə nüvə danışıqlarını davam etdirməyə hazır olacaq. İki həftə bundan əvvəl Mottəki Çinin xarici işlər nazirinə demişdir ki, İran dünya qüdrətləri ilə danışıqları davam etdirməyə razı olar yalnız bir şərtlə ki, onlar İranın sülh məqsədləri üçün nüvə texnologiyasından istifadə hüququnu tanısınlar. ABŞ və başqa ölkələr İranın nüvə proqramının atom silahı istehsal etmək məqsədi daşıdığını düşünürlər. İran isə bunu inkar edir.

XS
SM
MD
LG