Accessibility links

Azərbaycanlı siyasi məhbus Tehranın Evin həbsxanasında intihara cəhd edib

  • Insafəli Hidayət

Torn electoral posters are seen on a wall in central Tehran, March 3, 2012.

Torn electoral posters are seen on a wall in central Tehran, March 3, 2012.

Xəbərlərdə qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının İran üzrə təyin etdiyi nümayəndə, Dr. Əhməd Şəhid-in İranda insan hüquqlarının vəziyyəti barədə hazırladığı hesabatda Evin həbsxanasında saxlanan ancaq vəziyyəti qeyri-müəyyən olan 12 məhbusdan bəhs edilir ki, onlardan biri Dr. Əsədidir. Dr. Əhməd Şəhidin hesabatında İranda məhbusların insan haqlarının pozulmasından dəfələrcə bəhs olunub.

Təbrizli siyasi və mədəni fəal, Tehranın Evin həbsxanasında özünü öldürməyə cəhd etsə də onunla bir kamerada qalan məhbusların müdaxiləsi nəticəsində o, ölümdən xilas olub. Bu barədə məlumatı Yaşıllar Hərəkatının lideri, Mir-Hüsen Musəvi-nin Kələmə vebsaytı, Güney Azərbaycan Öyrənci Hərəkatı və HRANA yayıb.

Kələmə vebsaytının müxbiri həmin siyasi məhbusun Təbrizli Dr. Əsədullah Əsədi olduğunu bildirir. 49 yaşlı həkim 20 ay əvvəl Təbrizdə “düşmən ölkələrlə əməkdaşlıq” ittihamı ilə tutulub.

HRANAnın xəbərində isə yazılıb ki, Dr. Əsədi, həbsdə məruz qaldığı işgəncələrə görə, martın 12-də (İsfənd ayının 21-də) 20 ədəd 2 mq. “Lorazpam” həbbi atmaqla və damarını kəsməklə özünü öldürməyə çalışıb.

Dr. Əsədullah Əsədinin 20 ay həbsdə qalmasına baxmayaraq indiyədək onun haqqında mediada xəbər yayılmayıb. Dr. Əsədinin həbsi və ona oxunan ittihamlar barədə rəsmi məlumat olmasa da, onun Təbrizin İttilaat məmurları tərəfindən tutulduğu və 5 ay həmin şəhərin İttilaat idarəsinin biradamlıq hücrəsində (kamerasında) sorğu-suala məruz qaldığı məlumdur. Daha sonra Tehranda İttilaat Nazirliyinə təhvil verilən Əsədini nazirlik dörd ay Evin həbsxanasının bir nəfərlik kamerasında istintaq altında saxlayıb.

Kələmə vebsaytının xəbərində deyilir ki, Dr. Əsədi təkcə Təbrizin İttilaat idarəsində 180 dəfə istintaqa çəkilib və müxtəlif işgəncələrə məruz qalıb. İran təhlükəsizlik orqanlarının bu işkəncələrin bəzilərindən istifadə etdiyindən birinci dəfə bəhs edilir.

Xəbərdə deyilir ki, Əsədiyə verilən işgəncələrin siyahısına “edam etmə təhdidi”, “ kanalizassiya (fazilab) dəhlizində saxlanılmaq”, “diri halda qəbirdə saxlanılmaq”, kimi üsullar daxildir. Kələmənin xəbərində yazılır ki, “ardıcılı 5 gün Dr. Əsədinin əyləşməsinə, yatmasına və ya bir yerdə dayanmasına icazə verməyiblər”.

Yuxarıdakı mənbələrin iddiasına əsasən Dr. Əsədi başından və qarnından zərbələr də daxil olmaqla başqa işgəncələrə də məruz qalıb. O, böyrək (kulyə) xəstəliyinə düçar olub və mədə qanaması keçirib. Xəbərlərdə yazılır ki, uzun zaman qaranlıq hücrələrdə saxlandığına görə, gözləri görmə qabiliyyətinin böyük hissəsini itirib və artıq o, kor olmaq təhlükəsi qarşısındadır.

Yuxarıda adları çəkilən mənbələrin bildirdiklərinə görə həmin işgəncələr nəticəsində ondan çoxlu etiraflar alıblar və bu etiraflar səbəbilə Dr. Əsədini beş dəfə Tehranın İnqilab Məhkəməsinin 15 nömrəli şöbəsinə aparıblar.

Dr. Əsədi məhkəmə qarşısında ona qarşı oxunan ittihamları qəbul etməyib və bildirib ki, etirafları ondan işgəncə yolu ilə alıblar. Buna görə mühakimə işləri getməsə də İttillaat Nazirliyinin tələbi əsasında hakim onun pul zəmanətiylə (vəsiqə) azadlığa buraxılması barədə müraciətini rədd edib.

Yaşıl Hərəkatı liderinin vebsaytının yazdığına görə, İttilaat Nazirliyi Dr. Əsədinin etiraf etməsi üçün beş dəfə yalan təşxis edən maşınlardan istifadə edib, amma bir nəticə əldə edə bilməyib.

Xəbərlərdə bu da qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının İran üzrə təyin etdiyi nümayəndə, Dr. Əhməd Şəhid-in İranda insan hüquqlarının vəziyyəti barədə hazırladığı hesabatında Evin həbsxanasında saxlanan ancaq vəziyyəti qeyri-müəyyən olan 12 məhbusdan bəhs edilir ki, onlardan biri Dr. Əsədidir. Dr. Əhməd Şəhidin hesabatında İranda məhbusların insan haqlarının pozulmasından dəfələrcə bəhs olunub.

Xatırladaq ki, İran rəsmiləri belə xəbərlərə barədə məlumat vermir. Onlar Amerikanın səsinə (VOA) isə heç bir mövzuda şərh vermirlər.

XS
SM
MD
LG