Accessibility links

Avropa İttifaqının Tehranın nüvə proqramının maliyyələşdirilməsinin qarşısını almaq üçün həyata keçirdiyi sanksiyaların tərkib hissəsi olaraq dünyanın ən böyük elektron ödəmə sisteminin İran bankları ilə mübadiləni kəsdiyi deyilir.

Baş qərargahı Belçikada olan Dünya İnterbank Maliyyə Telekomunikasiya - Swift təşkilatı Avropa İttifaqının göstərişi ilə bu həftənin şənbə günü, saat 16:00-dan etibarən İranın bütün maliyyə şirkətləri ilə əlaqəni kəsəcəyini bildirib.

Avropa İttifaqına üzv ölkələri təmsil edən Avropa Şurası cümə axşamı İranla bütün maliyyə tranzaksiyalarının dondurulacağı barədə qərar qəbul edib.

Swift bütün dünya banklarının bir-birinə pul göndərmək üçün istifadə etdiyi özəl şirkətdir.





XS
SM
MD
LG