Accessibility links

Beynəlxalq təhsil və karyera sərgisi açılıb


Təhsil sərgisi
Təhsil sərgisi

Sərgidə 20 ölkədən 96 təhsil müəssisəsi iştirak edir

Sentyabrın 20-də Bakı Ekspozisiya Mərkəzində 6-cı beynəlxalq təhsil və karyera sərgisi açılıb.

Sərgi təşkilatçılarının məlumatında deyilir ki, tədbirdə 20 ölkədən, o cümlədən Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Koreya, Litva, Malayziya, Ukrayna, İsveçrə və Çexiyadan 96 təhsil müəssisəsi iştirak edir.
Sərgi 11-ci sinif şagirdləri, abituriyentlər və onların valideynləri üçün nəzərdə tutulub.

Ekspozisiyanın əsasını bakalavr və MBA (biznes-menecment üzrə magistr) proqramları, xaricdə təhsil, dil kursları, biznes proqramlar və xaricdə təhsil sistemi təşkil edir. Sərgiyə gələnlər ali məktəb müəllimləri ilə ünsiyyət qura, qəbul, təhsil və onun qiyməti haqda bilgi ala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG