Accessibility links

Emi Peterson: ABŞ-da təhsil alan azərbaycanlıların sayı ilbəil artır [Video-müsahibə & Fotoqalereya]


ABŞ təhsil sərgisi

ABŞ təhsil sərgisi

Azərbaycanda Amerika təhsil sərgisi açılıb

Oktyabrın 21-də Bakıda Park Inn otelində “Education USA Azerbaijan” Təhsil Sərgisi açılıb. Sərgidə ABŞ-ın 16 ən iri universitet və kollec nümayəndələri iştirak edib. Sərgiyə gələn çoxsaylı insanlar həmin universitet və kolleclərin nümayəndələri ilə görüşüb, ABŞ-da təhsil almaq üçün məsləhətlər alıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, müstəqillik dövründə ABŞ-da müxtəlif proqramlar üzrə 6 mindən çox azərbaycanlı təhsil alıb. Hazırda isə ABŞ-da 408 azərbaycanlı təhsil alır.

“ABŞ təhsil sahəsində dünya lideridir. ABŞ universitetləri ardıcıl olaraq düqnyanın ən yaxşı universitetləri sırasındadır. Burada elmin müxtəlif sahələri üzrə, - humanitar, mühəndislik, incəsənət, biznes, karbohidrogen, neft-qaz, texniki, - yəni mən azərbaycanlı tələbələri bu geniş çoxçeşidli imkanlardan yararlanmağa çağırıram”, o qeyd edib.

ABŞ-ın Bakıdakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Emi Peterson Amerikanın Səsinə müsahibəsində bildirib ki, ABŞ-da təhsil alan 408 tələbəinin 20-si bu sərgilər vasitəsi ilə təhsil üçün müraciət edib. “Biz vətəndaşlara müraciət edirik ki, gəlib sərgi vasitəsi ilə pulsuz məsləhət və məlumatlar alsınlar. Amerikada təhsi almaq çətindi, amma mümkündür”, o qeyd edib.

Onun sözlərinə görə, ABŞ səfirliyində təhsil üzrə təqaüd proqramları da var. “ABŞ səfriliyində təqaüd proqramları var. Ancaq, ən çox təqaüdləri universitetlərin özü verir. Bu təqaüdləri sərgilərdə və universitetlərin saytlarında tapmaq olar”.

Emi Petersonun sözlərinə görə, Amerikada təhsil alan Azərbaycan vətəndaşlarının sayı ilbəil artır.

XS
SM
MD
LG