Accessibility links

Firudin Cəlilov: Bu təhsil ölkənin, dövlətin, millətin starateji siyahısıdır [Audio-Müsahibə]


Professor Firudin Cəlilov

Professor Firudin Cəlilov

Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilovun Amerikanın Səsinə müsahibəsi

Oktyabrın 5-i Azərbaycanda Müəllimlər Günüdür. Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov Amerikanın Səsinə müsahibəsində ölkədə müəllimlərin və təhsilin problemlərindən danışıb.

Amerikanın Səsi: Bu gün - 5 oktyabr Müəllimlər Günüdür. Azərbaycanda müəllimlərin əsas problemləri nədir?

Əsas problem maaş məsələsidir.

Firudin Cəlilov: Əsas problemləri Miris Mərdanov dedi (keçmiş təhsil naziri –red) və təhsildən uzaqlaşdı.

Əsas problem maaş məsələsidir. Gərək müəllimlərin maaşları yüksək olsun ki, gözü şagirdlərə, valideynlərin əlinə baxmasın. Bütün cəmiyyət müəllimin əlindən gəlib geçir.

Fədakar müəllimlərimiz həddindən artıq çoxdur. Yəni onlar, az maaşa olsa da vicdanla dərslərini deyir.

Amma, müəllimlərə bu münasibət əlbəttə, çoxunu neqativ hallara yönəldir. Həm də məcburdurlar dərslərini yarımçıq deyib, tələbə hazırlasınlar və yaxud bir deputatın dediyi kimi "işdən sonra gedib fəhləlik eləsin". Bu yaxşı deyil.

Amerikanın Səsi: Fikrinizcə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət hansı addımları atmalıdır?

Mənim təklifimlə təhsil qanununda, - "müəllimlərin maaşı ən yüksək məmurların maaşına bərabər olmalıdır" müddəası əksini tapmışdı.

Firudin Cəlilov: Vaxtında mən bu addımı atmışdım. Yəqin yadınızdadır. Müəllimləri kommunal xərclərdən, yol pulu, ev kirayəsi, bunlardan azad eləmişdim. İki-üç il davam elədi, sonra götürdülər. Bundan sonra, mənim təklifimlə təhsil qanununda "müəllimlərin maaşı ən yüksək məmurların maaşına bərabər olmalıdır", müddəası əksini tapmışdı. Bunlar olmayandan sonra müəllim təbəqəsinin sosial vəziyyətini düzəltmək mümkün deyil. Çünki müəllimin ayrı yerdən gəliri yoxdur. Kənd müəllimlərini istisna edirəm. Mal-heyvan saxlayırlar, bağ-bostanları var. Onunla dolanırlar. Xüsusilə şəhərlərdə müəllimlərin vəziyyəti çox ağırdır.

Amerikanın Səsi: Müəllimin cəmiyyətdə nüfuzunun artırılması üçün hökumət hansı addımları atmalıdır? Cəmiyyət nə etməldir?

Elmi, maarifi təbliğ edən bir dənə televiziya kanalı yoxdur. Bu artıq münasibətin göstəricisidir.

Firudin Cəlilov: Təsəvvür edin ki, 10-a yaxın telekanal var. Bir dənə maarifləndirici televiziya kanalı yoxdur. Elmi, maarifi tədliğ edən bir dənə kanal da yoxdur. Bu artıq münasibətin göstəricisidir. Bizdə ideologiya çox bərbad vəziyyətdədir. Halbuki ayrıca bir kanal olmalıdır. O kanalda müxtəlif fənnlərdən dərslər verilməlidir. Tanınmış müəllimləri ora çıxartmaq lazımdır.

Amerikanın Səsi: Təhsilin səviyyəsini necə qiymətləndirisiniz?

Deməli, ana dilindən şagirdə nə öyrədirlər, - söyüş, küçə sözləri.

Firudun Cəilov: Sıfır. Əgər 5 xallıq qiymət verərsinizsə sıfır. Əgər qəbul imtahanında 50-60 faiz abuturiyyentlər 2 alırsa, bundan sonra təhsilin nə səviyyəsi ola bilər? Bunun da səbəbləri var.

Həm müəllimin durumu ilə bağlı, həm proqramların yöndəmsiz hazırlanması ilə bağlı, təhsildən, psixologiyadan xəbəri olmayanlar dərsliklər yazırlar. O gün dərslikdən nümunə qoyublar internətə baxdım dəhşətə gəldim. Deməli, ana dilindən şagirdə nə öyrədirlər, - söyüş, küçə sözləri. Adını da qoyurlar ki, bunları örnək veririk ki, şagirdlər bu pis sözləri işlətməsinlər. ədəbli sözlər işlətsinlər.

Daha başa düşmürlər ki, jarqon ayrı şeydir, amma küçə söyüşləri, insanların danışıq vaxtı işlətmədiyi ayıb sözlər başqa, o, həddə gəlib çatıb. Bu təhsil ölkənin, dövlətin, millətin starateji siyahısıdır. Bu dərəcədə olmaz axı.

Azərbaycanda 10-larla gözəl akademiklər var. Müəllimlərə dözüm, qüvvət arzulayıram. Çünki müəllim təbəqəsi millətin ən ali təbəqəsidir.

XS
SM
MD
LG