Accessibility links

Təhsil sistemində korrupsiyaya görə 21 vəzifəli şəxs işdən çıxarılıb


Təhsil Nazirliyi

Təhsil Nazirliyi

Ötən il təhsil sistemində korrupsiya və başqa neqativ hallara görə 7 iş prokurorluğa göndərilib.

Vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyindən 21 vəzifəli şəxs tutduğu vəzifədən azad edilib. 41 nəfər barəsində isə müxtəlif intizam tədbirləri görülüb.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin 2015-il üzrə illik hesabatında bəhs edilib.

Hesabatda korrupsiya və başqa neqativ hallara qarşı sistemli mübarizə aparıldığı bildirilir.

Hərçənd, bəzi ekspertlər son illərdə Azərbaycan təhsil sistemində köklü dəyişikliklərin baş verdiyi ilə bağlı deyilənlərə inanmırlar.

XS
SM
MD
LG