Accessibility links

Qafqaz Universiteti ilə bağlı yeni qərar verilib


Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

Müzakirələrin sonunda irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə yerləşdirilməsi qərara alınıb. Söhbət onların prezidentinin 2016-cı il noyabrın 8-də verdiyi fərmanla yaradılan Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsindən gedir.

Qərarda həmçinin, tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

"Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin müraciəti nəzərə alınıb", məlumatda vurğulanır.

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.

Tələbələr isə ölkə başçısına və təhsil nazirinə ünvanladıqları müraciətdə keçmiş Qafqaz Universitetinin şəhərciyində yeni ali təhsil müəssisəsinin yaradılmasını xahiş edirdilər. Bundan ötrü onlar imzatoplama kampaniyasına da başlamışdılar.

1993-cü ildə fəaliyyətə başlayan Qafqaz Universitetinin ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.

Bu il yanvarın 18-də isə Qafqaz Universiteti ləğv olunduğunu elan edib.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdini himayə etməkdə günahlandırılır. Gülenin özü isə Türkiyə rəsmilərinin bu iddialarının yalan olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG