Accessibility links

Səməd Seyidov: Azərbaycanda təhsil almış amerikalıların ABŞ-da assosiasiyası təsis edilməlidir [Video-Fotoqalereya]


Xaricdə təhsil almış məzunların forumu keçirilir
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Xaricdə təhsil almış məzunların forumu keçirilir

Xaricdə təhsil almış məzunların forumu keçirilir Forumda təhsilin inkişafına töhfə verəcək innovativ təkliflər müzakirə edilir

Bakıda “Azərbaycanda təhsilin inkişafı naminə beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmaların təklif olunması: mövcud vəziyyət və innovativ təkliflər” mövzusunda xaricdə təhsil almış məzunların 3-cü təhsil forumu işinə başlayıb.

Forum ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Azərbaycan Dillər Universiteti, Bakı Amerika Mərkəzi, Azərbaycan Neft Mühəndisləri İctimai Birliyinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov bildirib ki, təhsil nazirinin səyi nəticəsində Amerika universitetlərinə tələbələr göndərilir. “Yüzlərlə azərbaycanlı tələbə Amerikada təhsil alır. Dillər Universitetində Amerika Mərkəzi fəaliyyət göstərir. İndi Amerikada Azərbaycanda təhsil almış amerikalıların təhsil assosiasiyasının təsis edilməsinin vaxtıdır. Mən bu assosiasiyada təmsil olunmaq üçün Azərbaycan Dillər Universitetində təhsil almış 80 amerikalının adını təqdim edə bilərəm”, o qeyd edib.

Çıxışlarda Azərbaycan təhsil sistemində islahatların dərinləşdiyi və Amerika təhsil sisteminə yaxınlaşdığı qeyd edilib.

“Xaricdə mütərəqqi sistemdə təhsil almış şəxslər yalnız bilik və bacarıqlara yiyələnmir, həm də layiqli vətəndaşa çevrilir. Bu baxımdan xarici ölkələrdə təhsil alan şəxslərin ölkədə təhsil islahatlarına töhfə verməsi sevindirici haldır”, deyə təhsil naziri Mikayıl Cabbarovun çıxışında deyilir. Nazirin çıxışını Təhsil nazirliyinin əməkdaşı Emin Əmurullayev təqdim edib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkənin təhsil sistemində islahatların dəstəkləndiyini bildirib. Səfir nazir Cabbarovun fəaliyyətini xüsusi vurğulayıb. “Nazir həftədə 7 gün, gündə 24 saat işləyir ki, mövcud vəziyyəti dəyişsin. İnsanlar həqiqətən başa düşürlər ki, xaricdə təhsil alanların böyük bir potensialı var və onlar təhsildə dəyişiklik etməyə qadirdir. Təhsil hər bir şəxsin inkişafı üçün qapılar açır. Nazir Mikayıl Cabbarov Azərbaycanda yeni təhsil sisteminin formalaşması, strategiyanın işlənməsi üçün çalışan insanlardan biridir. Biz bu imkanları dəyərləndiririk. ABŞ-da təhsil almış 5 000 məzun Azərbaycanda mühüm işlər görür”, o qeyd edib.

Morninqstar deyib ki, təhsil proqramları ölkələrin yaxınlaşması baxımından çox mühümdür. “Bu proqramlar təhsil sistemləri arasında əlaqələri inkişaf etdirir, ölkələr arasında məlumatlılığı artırır. Təhsil ölkələr arasında əlaqələrin qurulmasında mühüm rol oynayır”, səfir bildirib.

Riçard Morninqstar jurnalistlərlə söhbətində də deyib ki, Amerika səfirliyi Azərbaycanda yeni təhsil strategiyası istiqamətində fəaliyyətlərə dəstəyini göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG