Accessibility links

Cümə günü Tramp administrasiyası Moskva ilə bağlı tənqidi fikirlər səsləndirib. ABŞ-ın iki yüksək səviyyəli rəsmisi Rusiyanın Ukraynaya qarşı münasibətini pisləyib və Birləşmiş Ştatların sanksiyaları davam etdirəcəyini vəd edib.

Brüsseldə NATO-nun xarici işlər nazirlərinin görüşünə ilk səfəri zamanı ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Ukraynaya qarşı təcavüz etməkdə günahlandırıb və “Rusiyanın həm zorakı həm də qeyri-zorakı təşviqatının qarşısını almaq” üçün ittifaqın vacibliyini vurğulayıb.

O həmçinin bildirib ki, Rusiya ABŞ sanksiyalarına səbəb olan addımlarından geri çəkilməsə, sanksiyalar qüvvədə qalacaq. Vaşinqton Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi nəticəsində Moskvaya qarşı sanksiyalar tətbiq edib, Moskva Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıları hərbi yardımla təmin edəndən sonra isə sanksiyaları sərtləşdirib.

Bundan əvvəl Tillerson Rusiya ilə bağlı daha barışıdırıcı bir mövqe sərgiləyirdi. Fevral ayında Bonnda Böyük İyirmiliyin iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ilk görüşündən sonra Tillerson ABŞ-ın Ruisya ilə “ortaq zəmin” əldə etmək istədiyini və Moskvanın 2015 Minsk razılığının bir hissəsi olaraq Ukraynadakı təcavüzünü azaltmaq öhdəliyinə əməl edəcəyini gözlədiyini demişdi.

Cümə günü ABŞ-ın müdafiə naziri Cim Mattis də Rusiyaya qarşı tənqidi ifadələr səsləndirib. O, Londonda müxbirlərə deyib ki, Rusiyanın beynəlxalq qanun pozuntuları “ciddi haldır”. O bu pozuntuların sırasına Krımda baş verən hadisələrlə birlikdə, başqa xalqların seçkilərinə müdaxilə kimi məsələlərin daxil olduğunu deyib.

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen

Bloomberg xəbər agentliyinin verdiyi məlumata görə, Tillersonun Rusiya ilə bağlı sərt tonu NATO rəsmiləri tərəfindən alqışlanıb. Lakin ittifaqın keşmiş baş katibi Anders Foq Rasmussen Amerikanın Səsinə Tramp administrasiyasının əlavə addımlar atmalı olduğunu deyib.

Cümə axşamı Vaşiqnotnda Hadson İnstitutunda çıxış edən Rasmussen deyib ki, ABŞ Rusiyanın Ukrayanın şərqini davamlı olaraq destabilizasiya etməsinə qarşı sanksiyaları artırmalıdır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG