Accessibility links

Tel-Əviv şəhərində bıçaqla hücumlar nəticəsində iki nəfər həlak olub


İsrailin Tel-Əviv şəhərində bıçaqla hücumlar nəticəsində iki nəfər həlak olub, iki adam xəsarət alıb. Bu, fələstinlilərin son həftələr əl atdığı bu hücum növünün sonuncusudur.

İsrail rəsmilərinn bildirdiyinə görə, şübhəli şəxs nəzarət altına alınıb.

Təhlükəsizlik qüvvələri digər şübhəlinin axtarışını həyata keçirir. Onun hücumçuya yardım etdiyi düşünülür.

Zorakılıqlar dalğası 14 israillinin bıcaq hücumlarında həlak olmasına səbəb olub. Polisin bildirdiyinə görə 80 fələstinli hücumlar və İordan çayının qərb sahili və Qəzzadakı qarşıdurmalar zamanı öldürülüb.

Qüdsün müsəlmanlar və yəhudlərin müqəddəs məbədlərinin yerləşdiyi bölgə əsasən hücumlara səhnə olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG