Accessibility links

ABŞ Federal Aviasiya Administrasiyası ABŞ hava yollarının İsrailin Ben Qurion hava limanına uçuşlarına tətbiq etdiyi qadağanı ləğv edib.

Agentliyin məlumatına görə, İsrailin sərnişin təyyarələrinin üzləşəcəyi risklərə qarşı ölçü götürdüyü barədə yeni məlumat əldə edildikdən sonra uşuşlar bərpa edilib.

Qadağalar Qəzzadan atılan raketin Tel-Aviv yaxınlığındakı hava limanın yaxınlığına düşdükdən sonra qüvvəyə minmişdi.

Uçuşlara qoyulan yasaq Nyu-Yorkun sabiq meri Maykl Blumberqin Ben Qurion hava limanında enməsindən az sonra qaldırılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Həmasın atdığı raketlərin Ben Qurion hava limanını vurmaq qabiliyyətində olduğunu bildirib.

İsrail rəsmiləri ABŞ-ın qadağasını tənqid edib.

Rəsmilər Ben Qurion hava limanına alternativ olaraq Ovda hava limanını fəaliyyətə keçirəcəklərini deyib.

XS
SM
MD
LG