Accessibility links

Məsumə Quluzadə əqidəcə solçudur

Türkiyədə təhsil alan təbrizli tələbə Məsumə Quluzadə Tehranda həbs edilib.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları Məsumə Quluzadəni mayın 21-də tutublar.

Məlumata görə, Məsumə Quluzadə İrana ailəsini görmək üçün qayıdıbmış.

Onun hazırda harada saxlandığı və nədə günahlandırıldığı bilinmir.

Məsumə Quluzadə Tehranın Əllamə Təbatəbayi Universitetinin fəlsəfə üzrə məzunudur, təhsilini Türkiyədə davam etdirir. O, əqidəcə solçudur.
XS
SM
MD
LG