Accessibility links

Elm

Telefon şəbəkələrinə düşən təzyiqi azaldacaq yeni router [Video]


Müasir mobil telefonlar müxtəlif vasitələrlə əlaqə yarada bilirlər, deyə Stevens Texnologiya institutunun professor Suba Subbalakçimi bildirir.

Suba Subbalakçimi: "Mobil telefonlar bir neçə fərqli şəbəkədə işləyə bilir. VVi-Fi, LTE və sairə. Ancaq çox vaxt şəbəkələrdən yalnız biri istifadə olunur."

Milli Elm Fondunun və Milli Ədalət İnstitunun dəstəyilə Subbalakşimi və professor Rajaratnam Çandramouli SpiderRadio (Hörümçək Radio) adlanan ağıllı simsiz router (paylayıcı) ixtira ediblər. Cihaz hər iki şəbəkənin bəzi hissələrini işlədərək onlara düşən yükü aradan qaldırır.

Rajaratnam Çandramouli: "Cihaz çox sahəli radiolardan ibarətdir. O, eyni vaxtda həmin şəbəkələrin bir neçəsi ilə əlaqə qura bilir. Cihazın gördüyü iş, daim ölçülər götürməkdir. Cihaz həmin ərazidə VVi-Fi, LTE və 3G şəbəkələrinin keyfiyyətini ölçür və ya ictimai şəbəkələrin təhlükəsizliyini yoxlayır və sairə."

Magistratura tələbəsi Vidya Sagar SpiderRadio-nun texniki və alqoritmik tərəfini inkişaf etdirib. O deyir ki, digər şəbəkələrdən istifadə həmçinin təhlükəsizliyi gücləndirir.

Vidya Sagar: "Sənin şifrəni tapmaq və ya sındırmaq asan olmayacaq. Çünki bunu edən şəxs gərək bütün simsiz bağlantılara nəzarət edə bilsin ki, bu da çox çətindir."

SpiderRadio Aydaho Milli Labaratoryası tərəfindən sınaqdan keçirilib. Hazırda cihaz Massaçutes Ştatının Bruklin şəhərinin polis departamenti tərəfindən və həmçinin Cənubi Afrikanın Pretoriya şəhərində rabitə mərkəzi kimi orta məktəbdə istifadə edilir.

Cihazı ixtira edənlər deyir ki, ağıllı router-in imkanları müasir mobil telefonlarda işləyəcək applikasiyaya çeviriləcək. Beləliklə applikasiya fərqli şəbəkələr arasında avtomatik olaraq seçim edə biləcək.

XS
SM
MD
LG