Accessibility links

Telemexanika zavodunda xəsarət alan 4 nəfərin vəziyyəti ağırdır


Müdafiə Sənaye Nazirliyinin zavodunda partlayış olub

Müdafiə Sənaye Nazirliyinin zavodunda partlayış olub

Şirvanda “Telemexanika” müdafiə müəssisəsində partlayışa qısa qapanma səbəb olub və nəticədə yanğın baş verib. Yanğın nəticəsində isə müəssisənin sexlərindən birində partlayış olub. Bu Müdafiə Sənayesi Nazirliyi məlumatında deyilir.

Partlayış nəticəsaində bir nəfər həlak olub, 19 nəfər xəsarət alıb.

Faktla bağlı təhlükəsizlik qaydalarının pozulması üzrə cinayət işi qaldırılıb.

Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan 4-nün vəziyyətin ağırdır. Qadınlar Bakıya gətirilərək 5 saylı şəhər klinikasında yanıq şöbəsinə yerləşdirilib”.

Şöbənin müdiri Şöhrət Məmmədov musavat.com saytına bildirib ki,hazırda şöbədə olanlar 44yaşlı Xatirə Səttarova, 49 yaşlı Gülnarə Muradova, 42 yaşlı Zülfiyyə Mehdiyevavə 49 yaşlı Mehparə Əbilovadır.

Şöbə müdiri xəstələrin şokda olduğunu da açıqlayıb.

“Deyirlər ki, elektrik qısaqapanması olub, hər 4 xəstə ağır dərəcəli yanıq xəsarətləri alıb, xəstələr şokdadırlar”.

Şöbə müdiri xəstələrin barıtdan yanması ilə bağlı iddialara da münasibət bildirdi: “Dəqiq bimirik, amma bizə elə deyirlər. Dəqiqini işi aparanlar bilər. Termiki yanıq xəsarətləridir. Özləri də deyirlər ki, tokdan nəsə alışıb və hadisə olub”.

XS
SM
MD
LG