Accessibility links

Azərbaycan, Ermənistan və Gürcüstanın təmas xəttində görüş keçirilir


Cənubi Qafqaz regionu

Cənubi Qafqaz regionu

Vətəndaş cəmiyyətləri təmas xəttindəki vəziyyətlə bağlı dinləmələr keçirəcək.

Turan agentliyinin məlumatına görə, iyulun 21-də Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin qovşağında Təkəli kəndində üç ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü olacaq.
Görüş iştirakçıları təmas xəttində vəziyyətlə bağlı dinləmələrdə iştirak edəcək. Müzakirələrdə Bakı, Gəncə, Qazax, Marneuli, Yerevan, Gümrü, İcevan, Noyemberyan və üç ölkənin sərhəd kəndlərinin sakinləri iştirak edəcək.
Tədbiri “Təkəli” Assosiasiyası - Gürcüstan, Regional Tərəfdaşlıq və İcmaların İnkişafı Mərkəzi - Azərbaycan, Qafqaz Sülhyaratma Təşəbbüsləri Mərkəzi - Ermənistan Amerikanın Demokratiyaya Yardım Milli Fondunun (NED) dəstəyi ilə təşkil edib.
Tədbirin proqramına əsas üç məsələ daxildir: “Təkəli prosesi: Sərhəd resursları”. Çıxışçılar: Məhərrəm Göyüşoğlu - Qazax, Zaur Dərgəli -Marneuli, Voskan Sarqsyan -Noyemberyan;
“Təmas xəttində vəziyyətə təsir mexanizmləri”. Çıxışçılar:
Zərdüşt Əlizadə - Bakı, Georgi Vanyan - Yerevan;
“Nonviolent Peaceforce: Qafqazda iş təcrübəsi və planlar”. Çıxışçılar: Bernard O' Sallivan, Stiv Yanq - Brüssel, Belçika. Moderator - Mixeil Mirziaşvili, Tbilisi
Dördüncü məsələ isə “Açıq mikrofondur” ki, iştirakçılardan kim istəsə çıxış edə bilər.
XS
SM
MD
LG