Accessibility links

Braziliyanın yeni prezidenti yeni era vəd edir


Braziliyanın yeni prezidenti Mişel Temer sələfi Dilma Russeffin impiçmentinin ardınca and içərək böhran yaşayan ölkəyə yeni era vəd edib.

“İndiki və gələcək durum bizi sınağa çəkir. Biz irəliyə keçmişin gözləri ilə baxa bilmərik. Mənim yeganə marağım məndən sonrakı prezidentə sabit, əmin-aman və inkişaf edən ölkə ötürməkdir.”

Temer Braziliya Senatı federal büdcə qanununu pozduğuna görə Russeffi 61-leyhinə, 20 əleyhinə səslə vəzifədən kənarlaşdırdıqdan bir neçə saat sonra and içib.

Russeff ittihamları rədd edib və siyasi rəqiblərini məhkəməni onu hakimiyyətdən devirmək məqsədi üçün istifadə etməkdə və Braziliyada demokratiyanı zəiflətməkdə təqsirləndirib.

Russeff 2014-cü ildə prezident seçkilərindən əvvəl populyarlığını artırmaq üçün federal büdcədəki defisiti ört-bastır etmək məqsədi ilə dövlət bankına məxsus pulu qanunsuz istifadə etməkdə ittiham edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG