Accessibility links

Atışma zamanı silahlı şəxs 5 nəfərlə yanaşı özü də öldürülüb

Dünən Tennesi ştatının Çattanuqa şəhərində yerləşən iki hərbi müəssisədə baş verən atışmanı araşdıran ABŞ Federal Təhqiqatlar Bürosunun agenti deyib ki, agentlik atəş açan şəxsin məqsədini araşdırır.

Ed Reinhold həmçinin qeyd edib ki, təhqiqatçılar silahlı şəxsin hər hansı bir terrorçu qrupu ilə əlaqəsi olub olmadığını araşdırırlar: “Biz təhqiqata yeni başlayırıq. Biz bu ehtimalı araşdıracağıq. Lakin hal-hazırda onu hər hansı beynəlxalq terrorçu qrupla əlaqələndirəcək heç bir dəlil yoxdur”.

Reinhold deyib ki, 24 yaşlı Məhəmməd Yusif Əbdüləzizin üç dəniz donanması əsgərinin və digər iki əsgərin ölümü ilə nəticələn atışmanı həyata keçirməsinin səbəbləri bilinmir.

Atışma zamanı silahlı şəxs özü də öldürülüb.

Polis səbəbi araşdırmaq məqsədilə onun Hiksonda yerləşən evində axtarış edib.

Hadisədən sonra ABŞ rəsmiləri federal müəssisələrdə təhlükəsizlik tədbirlərini artırırlar.

XS
SM
MD
LG