Accessibility links

Tennessi ştatının sakinləri evlərini tərk edir


Tennessi ştatının sakinləri evlərini tərk edir
Tennessi ştatının sakinləri evlərini tərk edir

ABŞ-ın Tennessi ştatının sakinləri Mississippi çayının məcrasından çıxma təhlükəsinə görə evlərini tərk edir. Ştatın ən böyük şəhəri Memfisdə çayın səviyyəsinin 4 metr qalxacağı gözlənilir. Milli Hava Xidmətinin proqnozlarına görə, Mississippi çayı bir necə gün ərzində sahil əraziləri su altında qoyacaq. Daşqınlar gələn 3 həftə ərzində Luiziana ştatına doğru irəliləyəcək. Luiziana qurbernatoru sellərin axınını azaltmaq məqsədi ilə bəzi sədlərin açılacağını bildirib. 2005-cı ildə Katrina qasırğasına məruz qalan Yeni Orleans şəhərində də sədlərin açılması planlaşdırılır.

XS
SM
MD
LG