Accessibility links

Yer Kürəsinin ən sürətli yük avtomobili [Video]


Yer Kürəsinin ən sürətli yük avtomobili
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Saatda 100 km sürəti 4,6 saniyədə yığa bilən və 300 km/saatlıq ən yüksək sürətinə çata bilən çox az avtomobil var. Belə bir maşın təsəvvür edin, ancaq dizellə işləyən yük maşını. Sizə tamamilə imkansız gələ bilər. Lakin Volvo şirkətinin yeni istehsal etdiyi super-yük maşını dünyada bu növ avtomobillər arasında yeni rekord sürətə imza atıb.

Saatda 276 km sürətlə Volvonun Iron Knight avtomobili dünyada yük avtomobilləri arasında yeni qeyri-rəsmi rekorda imza ataraq ataraq 1km məsafəni 21.290 saniyəyə qət edib. Beynəlxalq idman avtomobili assosiyasiyası FİA bunu rəsmiləşdirmək qərarına gəlib.

Bundan əvvəlki rekord sürət 2012-ci ildə Volvonun Mean Green yük avtomobili tərəfindən 21.596 saniyə olaraq hesablanmışdı.

Avtomobil yarışlarında istifadə olunan maşınlara bənzər bu yük avtomobilinin mühərriki və surət çarxı Volvonun FH versiyalı yük maşınlarında istifadə olunan standard mühərrikə, surət çarxına və muftaya bənzəyir.

Onları sadəcə böyük qüvvə üçün təkmilləşdirmək lazımdır.

Nigel Atterbori: “Iron Knight yük maşınını demək olar ki, dizaynerlər onu qeyri-adi olaraq düşünüb və onlar bunun öhdəsindən gəlib.”

Iron Knight-in şassisi əl işidir, lakin onun 13 litirlik 2400 at gücündəki dizel mühərriki və yeni İ-Shift Dual Clutch muftası 6000 nyuton-metrlik tork meydana gətirir. Bu 350 at gücü olan Ford Focus mühərrikindən 17 dəfə çoxdur. Muftanın lövhələri xüsusi materialdan hazırlanıb.

Volvo rəsmiləri deyir ki, bu texnologiyanı yük avtomobilində tətbiq etməyin məqsədi onun yeni ikili mufta surət çarxı muftanın yeyilməsini ciddi şəkildə azaldır və çarx rahatlıqla ən ekstremal vəziyyətdə yüksəkliyə qalxanda belə dəyişdirilə bilir.

XS
SM
MD
LG