Accessibility links

TEPCO şirkəti Fukuşima stansiyasında baş verən qəzadan zərər çəkənlərə kompensasiya ödəyəcək


TEPCO şirkəti Fukuşima stansiyasında baş verən qəzadan zərər çəkənlərə kompensasiya ödəyəcək

Fukuşima obyektində işçilər reaktor yaxınlığında yerləşən tuneldən yüksək radiaktiv suyun boru vasitəsi ilə çəkilməsini davam etdrir

Yaponiyanın Fukuşima nüvə elektrik stansiyasının operatoru ölkədəki nüvə böhranının yaratdığı narahtlıqlara görə üzr istəyərək, radiasiyanın sızmasından zərər çəkənlərə iqtisadi kompensasiya ödəniləcəyini vəd edib.

Tokionun Elektrik Enerjisi (TEPCO) şirkətinin prezidenti Masataka Şimizu kompensasiya sistemi yaratmaq üçün hökumətlə işlədiyi müddətdə, qısa müddətli maliyyə ödənişləri yollarının araşdırıldığını bildirib.

TEPCO şirkəti Fukuşima stansiyasında baş verən qəzadan zərər çəkənlərə kompensasiya ödəyəcək

TEPCO şirkəti Fukuşima stansiyasında baş verən qəzadan zərər çəkənlərə kompensasiya ödəyəcək

O, mətbuat konfransı zamanı ictimaiyyəti martın 11-də zəlzələdən sonra sənaye sahəsində fəaliyyətin pozulmasına səbəb olmuş elektrik cərəyanının kəsilməsinin təkrar olmaması üçün isti yay günlərində enerjidən qənaət etməyə çağırıb.

Fukuşima obyektində işçilər altı reaktordan birinin yaxınlığında yerləşən tuneldən yüksək radioktiv suyun boru vasitəsi ilə çəkilməsini davam etdirir. Bu, obyektin soyutma sistemində təmir işlərinin görülməsi üçün ilk addımdır.

XS
SM
MD
LG