Accessibility links

Teresa Mey: "Brexit-in tətbiqinə 2017-ci ilin martına başlanacaq"


Böyük Britaniyanın baş naziri deyir ki, ölkə Avropa Birliyini tərk etmək prosesinə rəsmən 2017-ci ilin mart ayının sonunadək başlayacaq.

Teresa Mey bu açıqlamanı bu gün BBC telekanalına müsahibəsi zamanı verib.

"Bununla da Böyük Britaniya yenidən suveren və müstıəqil dövlət olmaq üçün ilk mərhələyə başlayacaq" - deyə xanım Mey Sunday Times-a bildirib.

Bununla da Böyük Britaniya yenidən suveren və müstıəqil dövlət olmaq üçün ilk mərhələyə başlayacaq.

Bugükü açıqlamadan əvvəl Mey demişdi ki, Britaniya Avropa Birliyinin Lissabon Sazinin 50-ci Artiklına bu ilin sonunadək dəyişiklik etməyəcək. Artikl 50 Britaniyanın qurumdan rəsmən çıxmaq üçün 2 illik müddətin başlayacağı sazişdir.

Britaniyanın Avropa Birliyini tərk edib-etməməsinə dair referendumdan öncə Brexit-in əleyhdarları bloku tərk edəcəyi təqdirdə ölkədə iqtisadi tənəzzül yaşanacağına dair xəbərdarlıq edirdi. Ancaq səsvermədən bəri ölkə iqtisadiyyatının qüdrətini qoruya bilməsi bu şayiələrin üzərində xətt çəkib.

Bəzi tanınmış Brexit tərəfdarları məhz iş yerlərinin və pərakəndə satışların yüksək olmasını sübut kimi göstərərək AB-dən mümkün qədər tez çıxışı tələb edir.

Onlar arasında Mühafizəkar Partiyanın lideri Yeyn Dunkan Smit də var. Onun sözlərinə görə, Meyin fərql fikirlər söyləməsinə baxmayaraq, Artikl 50-nin tətbiqinə Yeni İldən öncə başlanmalıdır.

XS
SM
MD
LG