Accessibility links

Britaniyanın baş naziri Donald Trampla görüşəcək [Video]


Cümə günü Britaniyanın baş naziri Teresa Mey yeni prezident Donald Trampla görüşmək üçün ABŞ-a gələn ilk dünya lideri olacaq. ABŞ lideri iki tarixi müttəfiq arasında “daha da yaxın münasibətlər” vəd edib. Mey Trampın keçmişdə qadınlarla bağlı şərhlərini “qəbuledilməz” adlandırıb, amma indi Donald Trampla görüşü zamanı diqqəti tiracət və təhlükəsizlik kimi daha mühüm məsələlərə yönəltməyə hazırdır.

Fikrimcə, qadinların rolu ilə bağlı ən böyük bəyanat mənim orada onunla Birləşmiş Krallığın qadın baş naziri olaraq görüşməyim olacaq.

Birləşmiş Ştatlardan kənarda prezident Donald Trampın inaqurasiyasına qarşı ən böyük etiraz aksiyaları Britaniyadakı feministlər tərəfindən həyata keçirilib. Onlar hələ də Trampın qadınlarla bağlı mübahisəli şərhlərinə görə qəzəblidirlər.

Lakin Teresa Meyin Trampla gündəmində post-Brexit dövründə ticarətin gələcəyi, terrorizm və Suriyadaki münaqişə yer alır.

“Mən Donald Trampla ortaq maraq bölüşdüyümüz bu məsələlər və xüsusi münasibəti necə quracağımız barədə danışacağam. Elə bu xüsusi münasibət də bizə bir-birimizə qəbuledilməz saydığımız şeyləri bildirməyimizə imkan yaradır,” deyə baş nazir bildirib.

Teresa Mey Trampın qarşısında öz sözünü deməkdən “çəkinməyəcəyini” deyib.

“Fikrimcə, qadinların rolu ilə bağlı ən böyük bəyanat mənim orada onunla Birləşmiş Krallığın qadın baş naziri olaraq görüşməyim olacaq,” o bildirib.

Bəzi müşahidəçilər çox fəqrli şəxsiyyətlərə sahib bu iki insan arasında görüşün naqulay olacağını təxmin edir.

Prezident Donald Trump

Prezident Donald Trump

London İqtisadiyyat Məktəbindən Meri Evans: “Məncə xanım Teresa Mey kimi bir insanın özünü necə apardığını, həyatını necə yaşadığını nəzərə alanda, onun Donald Trampla üz-üzə gəlməsini başqa bir dünyanın insanı ilə görüşməyə bənzətmək olar.”

Lakin həm Mey həm Tramp üçün ortaq maraqlar və iki ölkə arasında tarixi xüsusi münasibətlər medianın hər iki ölkədə qaldırdığı şəxsiyyət və gender məsələlərindən daha üstündür.

Mən Donald Trampla ortaq maraq bölüşdüyümüz bu məsələlər və xüsusi münasibəti necə quracağımız barədə danışacağam. Elə bu xüsusi münasibət də bizə bir-birimizə qəbuledilməz saydığımız şeyləri bildirməyimizə imkan yaradır.

Bu yaxınlarda Mey Britaniyanın Avropa İttifaqından ayrılmağına dair öz planın təqdim edib. Tramp da Britaniyanın bu addımını dəstəkləyir. İndi isə Meyin ABŞ-ın yeni prezidenti ilə ilk görüş keçirməsi onun Britaniyadakı mövqeyini gücləndirəcək.

Britaniya hökümətinə yaxın mənbələrin bildirdiyinə görə, Meyin istədiyi tarifləri aradan qaldıracaq azad tiracət razılığı əldə etməkdir.

Trampın sələfi Britaniyaya azad ticarət razılığı əldə etmək üçün növbəyə durmalı olduğu ilə bağlı xəbərdarlıq edirdi, amma indi elə görünür ki, Teresa Mey artıq növbənin önünə keçdi.

XS
SM
MD
LG