Accessibility links

Tereza Ana müqəddəsliyə yüksəlir


Vatikan bildirib ki, Roma Katolik Kilsəsinin başçısı Papa Frensis mərhumTereza Ananın ikinci "möcüzə"sini tanıyaraq, ona müqəddəslik statusu verilməsi üçün yol açıb.

Vatikan rəsmilərinin verdiyi məlumata görə, Roma Papası Tereza Ananın himayədarlığının möcüzə olduğunu təsdiq edən sənəd imzalayıb.

2008-ci ildə beyin xərçəngi aşkar edilən bir braziliyanın həyat yoldaşının Tereza Ananın ruhuna dua etməsindən sonra həmin şəxsin sağalması möcüzə adlandırlıb.

İtaliya mediası Tereza Ananın müqəddəs statusuna yüksəlməsi ilə bağlı rəsmi mərasimin Roma Papasının "Müqəddəs Mərhəmət İli" adlandırdığı 2016-cı ilin sentyabr ayında keçiriləcəyi haqda məlumat verib.

Tereza Ana imkansızlara və valideyni olmayan uşaqlara yardım etmək və evsizləri sığınacaqla təmin etməklə dünya boyu yoxsullar üçün klinikalar və mətbəxlər yaratması ilə tanınırdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG