Accessibility links

Tereza Mey Trampla NATO və terrorizm məsələlərini müzakirə edəcək


Britaniyanın baş naziri Tereza Mey deyib ki, ABŞ prezidenti Donald Trampla danışıqlarda nəyisə qəbuledilməz kimi dəyərləndirsə ona bunu deməkdən çəkinməyəcək.

Tereza Mey Trampla Vaşinqtonda cümə günügörüşməlidir. O deyib ki, Birləşmiş Ştatlar və Britaniya arasında ticari əlaqələrin gələcəyi, habelə NATO ilə münasibətlər və terrorizmin məğlub edilməsi kimi sınaqları onunla müzakirə etmək üçün bütün imkanlardan istifadə edəcək.

Keçən il Avropa İttifaqından çıxmaq üçün referendumdan sonra Britaniya hökuməti Brexit-in ölkənin dünya səhnəsində mövqeyinin zəifləmədiyini nümayiş etdirmək məqsədilə Birləşmiş Ştatlar və Avropadan kənar dünya ölkələri ilə münasibətlərin gücləndirilməsinə çalışır.

Tereza Meyin səfəri həm də Birləşmiş Ştatların müxtəlif şəhərləri ilə yanaşı, Avropada, eləcə də dünya ölkələrində şənbə günü qadınların Trampın xüsusilə də qadınların alçaldılması kimi qiymətləndirilən şərhlərinə etiraz olaraq küçələrə çıxaraq yürüş keçirməsindən sonraya təsadüf edəcək.

"Mən artıq demişəm ki, Donald Trampın qadınlarla bağlı verdiyi bəzi şərhlər qəbuledilməzdir, bu şərhlərin bəzilərinə o özü də üzr istəyib"-Tereza Mey bildirib.
"Mən Trampla danışıqlar aparanda qadının rolu haqda ən böyük bəyanat mənim qadın baş nazir olduğum faktı olacaq...Əgər mən nəyinsə qəbuiledilməz olduğunu düşünsəm bunu Donald Trampa deməkdən çəkinməyəcəm"-o daha sonra əlavə edib.

XS
SM
MD
LG