Accessibility links

Terri Devidson: Wikileaks saytı ilə bağlı Azərbaycan rəsmiləri ilə görüşümüz olub


Terri Devidson: Wikileaks saytı ilə bağlı Azərbaycan rəsmiləri ilə görüşümüz olub
Terri Devidson: Wikileaks saytı ilə bağlı Azərbaycan rəsmiləri ilə görüşümüz olub

Amerika üçün Azərbaycan çox vacib tərəfdaşdır. İki ölkə arasında güclü strateji tərəfdaşlıq var

Wikileaks saytı ilə bağlı Azərbaycan rəsmiləri ilə görüşümüz olub, narahatlığımızı bildirmişik. Amerika üçün Azərbaycan çox vacib bir tərəfdaşdır. Ölkələrimiz arasında güclü strateji tərəfdaşlıq var. Bütün sahələrdə, təhlükəsizlik, iqtisadi, demokratik institutların inkişafı sahəsində əməkdaşlığımız var”. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson jurnalistlərlə söhbətində bildirib.

Cənab Devidson hesab edir ki, Wikileaks saytında məlumatların dərc edilməsi diplomatik əlaqələrin qurulmasında müəyyən maneçilik törədir və diplomatların işini çətinləşdirir.

XS
SM
MD
LG