Accessibility links

27 üzvlük Avropa İttifaqı gələn həftə avqust fasiləsindən geri gönür. İttifaq Britaniya ilə yollarını ayırmağa və daxili, eləcə də xarici sərhədlərini gücləndirməyə, iqtisadi inkişafı artırmağa və gəncləri işlə təmin etməyə hazırlaşır. Blok Avropa İttifaqının gələcəyi ilə bağlı ortaq mövqeyə gəlmək üçün sentyabrın 16-da Bratislavada mühüm görüş keçirəcək.

Terrorun kəskin artımı, Aİ-nin xarici sərhədlərini müdafiə edə bilməməsi və Avropanın gələcək nəslini kifayət qədər işlə təmin etmək layihəsi Avropa liderlərinin üzləşdiyi çətin problemlərdəndir.

Terrorun kəskin artımı, Aİ-nin xarici sərhədlərini müdafiə edə bilməməsi və Avropanın gələcək nəslini kifayət qədər işlə təmin etmək layihəsi Avropa liderlərinin üzləşdiyi çətin problemlərdəndir.

Breughel iqtisadi mərkəzin direktoru Guntram Wolf deyir ki, əsas məsələ Avropa İttifaqının hazırkı böhrandan necə çıxarılmasıdır.

Terror hücumlarında artım

Ən əsas çətinliklərdən biri son bir il ərzində Belçika, Fransa və Almaniyada törədilən hücumlardan sonra Avropanın terrora qarşı mübarizəsidir. Ən ölümcül hücumlar radikal islamçı İŞİD qrupu ilə əlaqələndirilir.

Belçikada terror hücumu

Belçikada terror hücumu

Beynəlxalq Terrora Qarşı Mübarizə Mərkəzinin Mark Sinqlton deyir ki, Avropa İttifaqının bir sıra qeyri-məcburi anti-terror siyasəti inkişaf etdirməsinə baxmayaraq, ölkələr arasında vahid plan qurmaq üçün kifayət qədər uyğunlaşma yoxdur.

Avropa İttifaqına üzv ölkələr təhlükəsizliyə nəzarəti Avropa Komissiyası kimi qurumlara həvalə etməyi sevmirlər. Sinqlton deyir ki, Avropada hazırkı trend milli maraqlara prioritet vermək, terroru isə kollektiv bir şəkildə radikallaşmanın əsas səbəblərini tapmaqla həll etməkdir.

Avropadakı radikal terrorçuların elə Avropadan çıxdığına baxmayaraq, terror təhlükəsi gələcək qaçqın və miqrantlar üçün sərhədləri bağlamaq çağrışlarını artırıb.

İttifaqın şərq üzvləri Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya Avropa Birliyi boyu tətbiq edilən kvota altında qaçqınları qəbul etməkdən imtina edir.

Miqrant böhranı

Anti-miqrant fəallar nümayiş keçirir. Varşava, Polşa.

Anti-miqrant fəallar nümayiş keçirir. Varşava, Polşa.

Ötən həftə anti-İslam qruplarının üzvləri daxil olmaqla, yüz minlərlə etirazçı mərkəzi Praqada Almaniya kansleri Angela Merkel və onun ötən il Aİ-nin qapılarını qaçqın və miqrantlara açmaq qərarının əleyhinə nümayiş keçirib.

Beynəlxalq Böhran Qrupundan Prentis deyir ki, Avropaya qaçqın axınının qarşısını almaq məsələni həll etməyəcək.

Post-Brexit

Son həftə ərzində Merkel daha dərin Avropa inteqrasiyası istəyənlərlə bəzi səlahiyyətləri milli hökümətlərə geri verilməsini dəstəkləyən, əsasən də mərkəzi və şərqi Avropa ölkələri arasında kompromis əldə etmək üçün 15 Aİ lideri ilə görüşüb.

XS
SM
MD
LG