Accessibility links

Parisdəki terror hücumlarından sonra qaçqınlara dəstək azalır [Video]


İki terrorçunun suriyalı qaçqınlarla yanaşı qitəyə gəldiyi təxmin edilir. Bu isə Avropa boyu miqrantlar əleyhinə əhval-ruhiyyənin artmasına səbəb olur.

Bu ay Parisdə təxminən 500 insanın yaralanması və 130 insanın ölümü ilə nəticələnmiş hücumu törədən terrorçuların çoxu Fransa və ya Belçika vətəndaşları idi. Lakin terrorçulardan azı ikisi Avropada miqrant böhranından sui-istifadə edərək regiona daxil ola bilib. Bu xəbər insanlarda çoxu elə Fransa paytaxtında baş verən hücumlar kimi ekstremal zorakılqlardan qaçan əsl qaçqınlar haqda fikirlərinin dəyişməsinə səbəb olub.

Mən Suriyadakı terrordan qaçdım, amma gəlib Fransada terrorla qarşılaşdım. Rəsmilər bizi arxayın etməyə çalışsalar da, təbii ki, bu, bizə mənfi təsir göstərəcək.

İki ay əvvəl əksəriyyəti suriyalı olan qaçqınlar Avropada xoş qarşılanırdı. Onlar Fransa hökümətinin gələn iki il ərzində qəbul edəcəyi 30 min miqrantın ilk qrupu idi.

Amma Parisdəki terror hücumlarından sonra vəziyyət dəyişdi. İki intiharçı bomba hücumçusunun digər sığınacaq axtaran qaçqınlarla birlikdə Yunanıstana keçib, daha sonra onlarla Qərbi Avropaya gəldiyi təxmin edilir.

Bu isə Avropa boyu miqrantlar əleyhinə əhva-ruhiyyənin artmasına səbəb olur. Bütün bunlar eyni zamanda, Fransada gələn ay keçiriləcək regional seçkilərdən öncə ultra-sağçı Milli Cəbhə partiyasına da dəstəyi artırır.

“Biz immiqrasiyanın qarşısını almalıyıq, əsasən də qanunsuz miqrantların. Artıq burada olanlarla insani rəftar olunmalıdır və onlar öz ölkələrinə geri göndərilməlidir.”

Suriya qaçqınları

Suriya qaçqınları

Belə açıqlamalarAnas Şar kimi yeni gələn mühacirləri qorxudur. Anas Hələbdə gedən müharibədən qaçıb.

“Mən Suriyadakı terrordan qaçdım, amma gəlib Fransada terrorla qarşılaşdım. Rəsmilər bizi arxayın etməyə çalışsalar da, təbii ki, bu, bizə mənfi təsir göstərəcək.”

Hələ ki Fransada sığınacaq axtaranlara qarşı ciddi reaksiya olmayıb. Amma insan haqları fəalları insanlarda bir sıra sualların yarandığını və daha çox qaçqın qəbul etmək üçün ictimai dəstəyin azaldığını deyir.

“Biz digər fəallarla birlikdə yerli əhalini daha çox qaçqın qəbul etməyə razı salmağa, həmçinin onlara qaçqınların sadəcə müharibədən qaçdığını və onların terrorçu olmadıqlarını anlatmağa çalışırıq. Ancaq bu heç də asan deyil.”

Parisdə hücumlar zamanı ölənlərin dəfni hələ də davam edir. Orada yeni həyat və sığınacaq axtaranlar isə ümid edir ki, zorakılıqların bədəlini onlar verməli olmayacaq.

XS
SM
MD
LG