Accessibility links

Dövlət Departamenti terrorizm barədə illik hesabatını açıqlayıb

  • Bulut Mehmandarli

Dövlət Departamenti terrorizm barədə illik hesabatını açıqlayıb

Dövlət Departamenti terrorizm barədə illik hesabatını açıqlayıb

Hesabatın ölkələr bölməsinin Azərbaycana ayrılmış hissəsində Azərbaycanın xüsusilə ötən ilin axırlarında terrorçu fəaliyyətlərə qarşı daha güclü ölçüləri həyata keçirdiyi, müəyyən uğurlar əldə etdiyi deyilir

Birləşmiş Ştatlar Dövlət Departamentinin cümə axşamı günü açıqladığı terrorizm haqqında illik bəyanatda qeyd edilir ki, 2009-ci ildə Əl-Qaida ABŞ-dakı hədəflərə qarşı hücumları həyata keçirtmək üçün fəaliyyətinə davam edib. ABŞ kəşfiyyat agentliklərinin müəyyən etdiklərinə görə terrorçu təşkilat həmin ildə insanları öz sıralarına cəlb etmək, onlara təlimlər vermək, militantlarını ABŞ-da yerləşdirmək kimi əməliyyatları həyata keçirib.

Hesabatda Əl- Qaidənin başqa terrorçu qruplarla əməkdaşlıq apararaq əməliyyat imkanlarını genişləndirməyə çalışdığı da qeyd olunur. Sənəddə deyilir ki, bütn bu fəaliyyətlərə baxmayaraq 2009-cu ildə Əl Qaidə mühüm problemlərlə də üzləşib ki, onların siyahısına əməliyyatlardakı uğursuzluqlar və müsəlman əhalinin təşkilata müxalif mövqei tutmasıda daxildir.

Hesabatın ölkələr bölməsinin Azərbaycana ayrılmış hissəsində Azərbaycanın ötən il terrorçu fəaliyyətlərə qarşı daha güclü tədbirləri həyata keçirdiyi, müəyyən uğurlar əldə etdiyi deyilir. ABŞ Dövlət Departamentinin dünən açıqladığı sənəddə bu da qeyd olunur ki, Azərbaycan 2009-cu ilin axırlarında terrorizmin maliyyələşdirilməsinə qarşı daha ciddi ölçüləri təcili şəkildə həyata keçirib, çirkli pulların yuyulmasına qarşı qanunun tətbiqi sahəsində addımlar atıb. Azərbaycanın Mərkəzi Bankı öz tərkibində terrorçu fəaliyyətlərin maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə müstəqil bölmə yaradıb. Bank Azərbaycanın çirkli pulların yuyulması və terrorçuların maliyyələşdirilməsinə qarşı mübarizə aparan bölmələrinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatı, Maliyyə Əməliyyatları Üzrə İşçi Qrupu və başqa beynəlxalq təşkilatların və konvensiyaların müəyyənləşdirdiyi standartlara uyğunlaşdırmaq üçün 2009-cu ilin oktyabr ayında bir fəaliyyət planı hazırlayıb. Azərbaycan yuxarıdakı idarələrin fəaliyyətlərinin hüquqi çərçivəsinin təkmilləşdirilməsi, informasiya sisteminin yaradılması, terrorçuluqla mübarizə məqsədilə yaranmış bölmələrin imkanlarının artırılması və onlar üçün orta müddətli strateji planın hazırlaması sahəsində Birləşmiş Ştatlardan texniki yardım istəyib.

Hesabatın Azərbaycana ayrılan hissəsində terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması barədə problemlərin hələdə davam etdiyi xatırladılır və qarşısı alınan terror aktları, tutulan terrorçular, onlara qarşı məhkəmələrin oxuduğu hökmlər barədə məlumat verilir, Azərbaycanın hüquq- mühafizə orqanları ilə ABŞ-ın müvafiq qurumları arasında məlumat mübadiləsinin davam etdiyi deyilir.

Dövlət Departamentinin terrorizm barədə illik hesabatında Azərbaycanın öz hava məkanından məhdudiyyətsiz istifadəyə imkan yaratdığı, çoxlu təyyarənin bu ölkənin hava limanlarına enməsinə və onların yanacaqla təmininə icazə verdiyi bildirilir. 

XS
SM
MD
LG